SON XƏBƏRLƏR

Barak Obama Əfqanistana əlavə əsgəri qüvvə göndərir

2021.10.20, 07:36
Barak Obama Əfqanistana əlavə əsgəri qüvvə göndərir

Gunaz.tv
Barak Obama Əfqanistana əlavə əsgəri qüvvə göndərir 20090218011733obama_203.gif Barak Obama Prezident Barak Obama minlərlə əlavə əsgəri qüvvənin Əfqanistanda yerləşdirilməsi qərarını təsdiqləyib. Yaxın aylarda Əfqanistana 12 min əsgərin və 5 min yardımçı qüvvənin göndərilməsi nəzərdə tutulub. Prezidentin təbirincə bu addım Əfqanistanda vəziyyətin pisləşməsinin qabağını almaq üçün atılır. Prezident Obama bildirib ki, Əfqanistanda və Pakistanada vəziyyət "təcili diqqət və çevik tədbirlərin" görülməsini tələb edir. Bu məqsədlə Prezident bu ilin yazına dək Əfqanistana əlavə 12-minlik qoşun göndərilməsi qərarını təsdiqləyib. Qışa qədər isə Əfqanistanda daha 5 minlik köməkçi personalın yerləşdirilməsi nəzərdə tutulub. Hazırda Əfqanistanda 35 minə yaxın əsqəri qüvvə yerləşməkdədir. Seçki qabağı kampaniyasının gedişində prezident Obama qeyd edirdi ki, Əfqanistandakı vəziyət strateji mənada İraqdakı vəziyyətdən daha önəmlidir. Ehtimallara görə, prezident, son nəticədə, Əfqanistandakı qoşunların sayını 2 qat artıraraq - onların sayını 60 minə çatdıra bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar