SON XƏBƏRLƏR

Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti Vladimir Jirinovskini məhkəməyə verib

2021.10.20, 07:36
Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti Vladimir Jirinovskini məhkəməyə verib

Gunaz.tv
Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti Vladimir Jirinovskini məhkəməyə verib 2009-02-18_11081.jpg Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti «AZERROS», Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini məhkəməyə verib. PRESSPOST, RİA «Novosti»yə istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin «Cənuba doğru sonuncu yürüş» («Posledniy brosok na yuq») kitabıdır. «AZERROS», adı çəkilən kitabın təkrar nəşri ilə bağlı şərəf və ləyaqətin müdafiəsi haqqında iddia qaldırıb. «AZERROS»un iddiası üzrə məhkəmə iclası martın 2-nə təyin edilib və Moskvanın Meşansk rayon məhkəməsində keçiriləcək. RLDP-dən bildiriblər ki, iddiaçılar kitabda “Azerros” təşkilatının haqqında həqiqətə uyğun olmayan, təşkilatın şərəf və ləyaqətini alçaldan ifadələr olduğunu bildirblər. Jirinovskinin vəkili Cergey Belyak deyib ki, dəfələrlə cap olunmuş bu kitabda müəllifin müxtəlif tarixi hadisələr barədə subyektiv fikirləri, şəxsi rəyləri yer alıb. Kitabda 20-ci əsrin əvvəllərində Türkiyədə və Ermənistanda baş verən faciəvi hadisələrdən, o cümlədən Dağlıq Qarabağda baş verən olaylardan bəhs edilib. Vəkil onu da bildirib ki, kitabdakı fikirlərə görə əvvəllər Jiriniovckiyə qarşı məhkəmə iddiası irəli sürülməyib. Vladimir Jirinovskinin “Cənuba sonuncu yürüş” kitabı ilk dəfə 1993-cü ildə nəşr olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar