SON XƏBƏRLƏR

Rusiya PKK-ya "Hok" raketləri satmağa hazırlaşır

2021.10.20, 07:36
Rusiya PKK-ya "Hok" raketləri satmağa hazırlaşır

Gunaz.tv
Rusiya PKK-ya "Hok" raketləri satmağa hazırlaşır moskva.jpg RF vətəndaşı, "Əli" kod adlı silah qaçaqmalçısı Şimali İraqda terrorçularla danışıqlar aparıb Terror təşkilatı PKK-nın nüfuzlu şəxslərindən biri Mustafa Karasunun Şimali İraqda Rusiya Federasiyasının vətəndaşı olan "Əli" kod adlı silah qaçaqmalçısıyla bazarlıq etdiyi məlum olub. Türk mətbuatı yazır ki, adı gizli saxlanılan Rusiya vətəndaşıyla aparılan danışıqlar keçən ayın ilk həftəsində reallaşdırılıb. Silah qaçaqmalçısıyla danışıqlara "Avareş" kod adlı Mustafa Karasuyla yanaşı, terror təşkilatının "siyasi qanadını" təşkil edən Kürdüstan Demokratik Çözüm Partiyasının üzvləri qatılıb. Ağır silahlar, "yer-yer" raketləri PKK-nın dağdakı üzvlərinə çatdırılmaq üçün nəzərdə tutulub. Mustafa Karasunun 2 fevral 2009-cu ildə Kərkükdə saxta ad və saxta sənədlərlə təmin edilən İraq pasportuna viza almağa çalışdığı üzə çıxıb. Terrorla mücadilə çərçivəsində Vaşinqton, Bağdad və Ankaranın birgə həyata keçirdiyi mübarizə fonunda PKK-nın Rusiya vətəndaşının vasitəçiliyilə milyon dollarlarla qiymətində ağır silahlar, rus istehsalı olan "yer-yer" tipli "Hok" raketləri almaq istədiyi bildirilir. Artıq bölgədəki təhlükəsizlik qüvvələri Rusiya vətəndaşı olan, adı gizli saxlanılan silah qaçaqmalçısını axtarır. Göytürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar