SON XƏBƏRLƏR

Rusiyalı politoloq: “Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etmək istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun qarşısını alacaq”

2021.10.20, 07:36
Rusiyalı politoloq: “Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etmək istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun qarşısını alacaq”

Gunaz.tv
Rusiyalı politoloq: “Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etmək istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun qarşısını alacaq” mixailaleksandrov.jpg “Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etməyə cəhd göstərərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaranmaqda olan çevik qüvvələri bunun qarşısını alacaq”. APA-nın məlumatına görə, bunu Rusiyanın Müstəqil Dövlətlər Birliyi İnstitutunun Qafqaz şöbəsinin müdiri Mixail Aleksandrov “MiK” analitik-informasiya agentliyinə müsahibəsində deyib. O, çevik qüvvələrin yaradılması qərarı ilə bağlı Azərbaycanda duyulan narahatlığın əsassız olmadığını bildirib: “Azərbaycan narahat olmaqda haqlıdır. Bu qüvvələr ötən il Cənubi Osetiyada baş vermiş avqust hadisələrindən sonra məhz bu cür durumlar üçün yaradılır”. Ermənipərəst politoloq Azərbaycana məsləhət görüb ki, özünü sakit aparsın və MDB-də qayığı yırğalamasın. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar