SON XƏBƏRLƏR

Rusiya yeni müharibələrə başlaya bilər

2021.10.20, 07:36
Rusiya yeni müharibələrə başlaya bilər

Gunaz.tv
Rusiya yeni müharibələrə başlaya bilər Corc Soros: «Neft gəlirlərinin azalması Moskvanı Gürcüstandakı avatüraya bənzər tədbirlərə vadar edə bilər» Dünyadakı iqtisadi böhranın inkişafı nəticəsində Kreml yeni hərbi təcavüz aktlarına əl ata bilər. APA-nın məlumatına görə, bunu məşhur maliyyəçi Corc Soros Rusiyanın “Vedomosti” qəzetində dərc olunmuş yazısında bildirib. Neftin qiymətinin azalmasının geopolitik landşaftı kəskin şəkildə dəyişdiyinə diqqət çəkən C. Soros neftlə zəngin ölkələrdən İran, Venesuela və Rusiyanın son dövrlər mövcud dünya düzəninə fəal şəkildə qarşı çıxdıqlarını xatırladıb: “İndi neft satışının o qədər də gəlirli olmadığı bir vaxtda onların siyasi intriqalar təşkil etmək imkanları daha azdır. Digər ölkələrin ehtiyatı və yumşaq mövqe tutacağı bir vaxtda Rusiyadan nə gözləmək bilər?” C. Soros bu suala cavab olaraq bildirib ki, Kremldə ehtiyatlı məmurlar yox, avantüristlər çalışır və onlar hazırda malik olduqlarını əldə etmək üçün ciddi risklərə gediblər. Bu adamların nəhəng dövlət imkanlarından istifadə etməsi mümkündür. Maliyyəçinin fikrincə, neftin qiyməti artmağa başlamasa, Moskvadan Gürcüstandakı müharibəyə bənzər yeni hərbi avantüralar və ölkə daxilində repressiyaların gücləndirilməsini gözləmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar