SON XƏBƏRLƏR

GİAP Əbülfəs Qarayevə müraciət edib

2021.10.20, 07:36
GİAP Əbülfəs Qarayevə müraciət edib

Gunaz.tv
GİAP Əbülfəs Qarayevə müraciət edib thumbnail.php?file=arash_300836178.jpg&size=article_medium Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Azərbaycanın mədəniyyət və turizm nazirnə müraciət edib. GAİP-dən RİA-ya daxil olan müraciətin mətnində əsasən Azərbaycanın Eurovision-2009 mahnı müsabiqəsində azərbaycanlı kimi təqdim edilən, əslində isə fars milliyyətinə və düşüncə tərzinə malik olan Araşın bəsdəsi ilə qatılmasına eiraz edilir. Müraciətdə deyilir ki, Azərbaycanın "Eurovision-2008-ə" öz milli musiqisi ilə qatılması və ilk onlunda qərarlaşması dünyada yaşayan 50 milyon Azərbaycan türkünə çox böyük qürur hissi yaşatdı. “Azərbaycan bu yarışmaya ilk dəfə çıxmasına baxmayaraq onun ilk onluqda yer alması Azərbaycan musiqisinin zənginliyini, dünyada təmsil oluna biləcək professional səviyyəsini nümayiş etdirdi. Nəzərə alsaq ki, bu müsabiqənin əsas mahiyyətində həm də ölkələrin siyasi yanaşması durur , buna baxmayaraq Azərbaycan musiqisi diqqət mərkəzində oldu. Biz bunu yaşadıgımız ölkələrdə müşahidə etdik və bu yarışmada insanların hansı coşqu ilə iştirakının şahidi olduq. Amma, bu il Azərbaycanın "Eurovision 2009" mahnı yarışmasında zəngin milli dəyərlərinə əsaslanan müasir musiqisi ilə deyil, gözlənildiyinin əksinə olaraq iran mədəniyyətini təblig edən bir nəfər fars musiqiçisinin yazdığı mahnı ilə təmsil olunması dünyada yaşayan azərbaycanlıların haqlı narazılığına səbəb olub. Müasirləşmək, dünya mədəniyyətinə inteqrasiya heç də milli dəyərlərdən yan keçmək anlamına gəlmir. Hər şeydən üstün millətin milli heysiyyəti və milli qürurudur. Sevindirici haldır ki, Azərbaycan dövlət başçısının apardığı bütün proseslərdə bunlar təməl prinsip kimi qorunur. Dövlət səviyyəsində aparılan milli və siyasi yanaşmadan çıxış edərək, qeyd olunan müsabiqədə Azərbaycan mədəniyyətini təmsil edə bilməyəcək bir mahnının Azərbaycan adına dünya musiqi arenasına çıxarılması milli və mədəni maraqlarımıza cavab vermir”. – deyə sənəddə bildirilir. Müəllif əlavə edir ki, dünyada yaşayan hər bir azərbaycanlı müstəqil Azərbaycanın milli mənafeyini göz-bəbəyi kimi qoruyur, onun hərtərəfli inkişafına sevinir və Azərbaycanın tanınmasına səy göstərir. “Çox təəssüf ki, Eurovision manhı seçimində iştirak edən 7 nəfər münsiflər heyəti bu yanlış seçimləri ilə Azərbaycan mədəniyyətinin bu yarışmada bir daha tanınmasından məhrum edirlər.. Ona görə də onların Azərbaycanın milli qürur və heysiyyatı əleyhinə verdikləri seçim qərarı qəbuledilməz hesab edilməlidir. Mahnı seçimində Bəstəkarlar İttifaqından heç kəsin iştirak etməməsi ayrıca təəccüblü və təəssüf doğrucu haldır. Münsiflərin bu seçiminə qarşı dünyada yaşayan azərbaycanlıların etirazlarının getdikcə artması seçimin yanlış olduğunu bir daha ortaya qoyur. Diqqətinizə catdıraq ki, Avropada Eurovision 2009 - un təbligatı cox sürətlə gedir. Xaricdə yaşayan azərbaycanlılar isə “kimi təblig etməli və kimə dəstək verməliyik” sualina hələ cavab tapmayıblar. Bundan başqa, fars musiqiçisinin güney azərbaycanlı kimi təqdim edilməsi Güneydə və xaricdə yaşayan azərbaycanlıları ayrıca hiddətləndirib. Bütün yaradıcılığı boyu yalnız irançılıgı təblig edən bir adamın güney azərbaycanlı kimi təqdim olunması bu millətə təhqirdir. Çünki, iran adlanan ölkədə yaşayan 35 milyon azərbaycan türkü dövlət səviyyəsində məqsədyönlü aparılan "irançılıq" ideologiyasını n təsiri altında öz ana dilində təhsil almaq və özünün milli mədəniyyətini yaşatmaq hüququndan məhrum edilib və azərbaycanlı olduğu üçün təhqir olunur, təzyiqlərə və ən ağır işgəncələrə məruz qalır. Belə bir şəraitdə dünyada yaşayan azərbaycanlıların haqlı etirazına səbəb olan mahnı seçiminin və münsiflər heyətinin yanlış seçiminin dəyişdirilməsinə lazımi qərarın verilməsini Sizdən xahiş edirik və buna ümid edirik, - deyə GİAP qeyd edib. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar