SON XƏBƏRLƏR

Moskva Tehrana C-300 raketlərini verməkdən imtina edir - FOTO

2021.10.20, 07:36
Moskva Tehrana C-300 raketlərini verməkdən imtina edir - FOTO

Gunaz.tv
Moskva Tehrana C-300 raketlərini verməkdən imtina edir - FOTO raket-c-300.jpg iran-nazir.jpg İran müdafiə nazirinin Rusiyaya səfəri nəticəsiz qala bilər Moskva C-300 zenit raket komplekslərinin İrana verilməsi ilə bağlı qərar qəbul edilməsini siyasi səbəblərdən gecikdirir. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə hələ də bu raketlərlə bağlı razılaşmaya gələ bilməyiblər. İran müdafiə naziri Məhəmməd Nacar fevralın 16-da rəsmi səfərlə Moskvaya gedib. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, tərəflər fevralın 17-də keçiriləcək danışıqlar zamanı ikitərəfli münasibətlərdə “hazırkı və perspektivdəki məsələləri” müzakirə edəcəklər. Səfər fevralın 18-nə kimi davam edəcək. Gözlənildiyinə görə, səfər zamanı İrana C-300 raketlərinin göndərilməsi də müzakirə olunacaq. Qeyd edək ki, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin indiyə kimi İrana bu raketləri göndərmədiklərini, lakin ölkənin ali rəhbərliyinin siyasi qərarı olduğu təqdirdə raketlərin göndərilməsinə hazır olduqlarını vurğulayıb. “Kommersant” isə qeyd edir ki, Rusiya rəhbərliyi ABŞ-ın yeni prezidenti Barak Obama ilə münasibətləri korlamamaq üçün C-300 raketləri ilə bağlı qərar verilməsini yubadır. Hələ bir neçə gün əvvəl Rusiya və ABŞ arasında İranla bağlı sövdələşmələr aparıldığı bildirilirdi. Həmin iddiaya görə, rəsmi Vaşinqton Kremlə Avropada RƏM sistemini yerləşdirmək qərarından vaz keçə biləcəyi ilə bağlı mesaj verib. Ağ Ev bunun müqabilində Moskvadan İranla hərbi əməkdaşlığı azaltmaq, ilk növbədə strateji silahlar və nüvə proqramı məsələsində əməkdaşlığı dayandırmağı tələb edir. Ekspertlərin fikrincə, Rusiyanın C-300 raketləri ilə bağlı İranla danışıqları yubatması da ABŞ-la sövdələşmənin nəticəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar