KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Sənəddə 2009-cu ilin yanvarında Güney Azərbaycanda cərəyan edən proseslərlə bağlı məlumat verilir İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyası (ADAPP) 2009-cu ilin yanvarında Güney Azərbaycanda cərəyan edən proseslərlə bağlı aylıq hesabatını açıqlayıb. ADAPP-dan DAK mətbuat xidmətinə daxil olan məlumata görə, sənəddə bildirilir ki, İran adlanan yerdə azərbaycanlı fəallara qarşı təqib və təzyiqlər ötən ay da davam edib. Bəzi soydaşlarımız məhkəməyə çıxarılmadan və barələrindəki ittihamlar rəsmi olaraq bildirilmədən həbsdə saxlanılmaqdadır. Vəkil tutmaq haqqından məhrum buraxılan və ailələrilə görüş izn verilməyən bu məhbuslar işgəncələrə məruz qalmaq təhlükəsi altındadırlar. Xüsusilə dini azlıqlar ayrı-seçkilik siyasətinin qurbanına çevrilməkdədirlər. Onlar həm etnik kök, həm də dini inanclarından dolayı İran adlanan yerin təhlükəsizlik qüvvələrinin ikiqat basqısına məruz qalmaqdadırlar. Köhnə və yeni həbslər 2008-ci il noyabrın 13-də Rey şəhərində Güney Azərbaycan Məşrutə Hərəkatının lideri Səttarxanın anma mərasimində həbs olunan Tehraın Şəhid Rəcayi Universitetinin müəllimi Abdullah Abbasi Cavan hələ də Tehrandakı Evin həbsxanasının “Ettelaat”ın nəzarətində olan 209-cu korpusunda saxlanılmaqdadır. Ailəsilə görüşməsinə izn verilməyən və vəkil tutmaq haqqından məhrum buraxılan Abdullah Abbasi Cavanın yaxınları onun həbs olunması səbəbini hələ də öyrənə bilmədiklərini bildiriblər. Onun qardaşı Yədullah Abbasi Cavan yanvarın 23-də “Azadlıq” radiosuna açıqlamasında belə deyib: "Mənin qardaşım Səttarxanı məzarı üzərində andığı üçün tutulub. İki aydan artıq təcridxanadadır. Görəsən, bir fatihə oxuduğu üçün insana iki ay həbs cəzası verilirmi? Ana dilində təhsil haqqı istəmək böyük bir günahmı sayılır?" Yədullah Abbasi Cavan qardaşının durumunun yaxşı olmadığını və işgəncə gördüyünü düşündüyünü də qeyd edib. Qeyd edək ki, Abdullah Abbasi Cavan daha öncə 2007-ci il avqustun 18-də həbs olunub və 130 gün müddətində Tehrandakı Evin həbsxanasının 209-cu korpusunda saxlanılıb. Bu müddət ərzində milli fəal dəfələrlə döyülüb, müxtəlif işgəncələrə məruz qalıb, daha sonra isə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarıyla 5 il müddətinə ertələnmiş 1 il həbs cəzası alıb. Həmin anma mərasimində həbs olunmuş Ərdəbilin Razişəhr Universitetinin Tələbə Təşkilatının sabiq sədri Hüseyin Hüseyni 2009-cu il yanvarın 20-də 50 min dollar girov müqabilində Evin həbsxanasının 209-cu korpusundan sərbəst buraxılıb. Ona qarşı irəli sürülmüş ittihamlar və məhkəmə tarixi hələ bilinmir. Qeyd edək ki, Abdullah Abbasi Cavanın bacısı oğlu olan Hüseyin Hüseyni 68 gün müddətində təcridxanada saxlanılıb və sərbəst buraxıldıqdan sonra təhlükəsizlik qüvvələrinin şiddətli fiziki və ruhi işgəncələrə məruz qalıb. Milli fəallar 2008-ci ilin iyununda 3 həftə müddətində “Ettelaat”ın Nəqədə (Sulduz) və Ərdəbil şəhər şöbələrində işgəncə olunaraq sorğulanıb, daha sonra isə 10 min dollar girov müqabilində sərbəst buraxılıb. Bundan əlavə, 2008-ci il dekabrın 26-da həbs olunmuş Təbriz Azad Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi və “Arman” Tələbə Təşkilatının keçmiş üzvü Vahid Şeyxbəyli hələ də Təbriz həbsxanasında saxlanılmaqdadır. O, 2 dəfə Təbriz İnqilab Məhkəməsinə çağırılmasına baxmayaraq, hələ də həbs olunmasının səbəbi açıqlanmayıb. Hakim Vahid Şeyxbəylinin işinin tamamlanmadığını və araşdırılma mərhələsində olduğunu bildirib. Milli fəalın son məhkəmə prosesi 2009-cu il yanvarın 28-də vəkilsiz və qapalı olaraq keçirilib. Eyni zamanda hüquq müdafiəçisi və jurnalist Şahnaz Qulami 69 gün təcridxanada saxlanıldıqdan sonra 2009-cu il yanvarın 17-də 20 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Məhkəmə prosesinin keçiriləcəyi tarix hələlik bilinmir. Vəkilinin verdiyi məlumata görə, Şahnaz Qulami "İctimaiyyəti hakimiyyətin əleyhinə qaldırmaq" və "Xalq Mücahidləri Təşkilatıyla əlaqəsi olan xəbər agentliklərinə məlumat ötürmək"də günahlandırılır. O, “Azerwomen” webblogunun yazarı və İran Qadın Jurnalistlər Birliyinin üzvüdür. Şahnaz Qulami ötən il noyabrın 9-da “Ettelaat” əməkdaşları tərəfindən saxlanılıb və həbs müddətinin uzadılmasına etiraz əlaməti olaraq 8 gün aclıq aksiyası keçirib. O, 2008-ci ilin avqustunda da "İctimai asayişi pozmaq" ittihamıyla Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 aylıq həbs cəzasına məruz qoyulub. Eni zamanda Şahnaz Qulami 1989-94-cü illərdə siyasi fəaliyyətinə görə 5 il həbs çəkib və 2007-ci ilin avqustunda da bir ay həbs cəzası alıb. Bundan əlavə, 30 yaşlı milli fəal Həsən Əsədi, 2009-cu il yanvarın 20-də “Ettelaat” əməkdaşları tərəfindən Təbrizdə saxlanılaraq şəhər həbsxanasına aparılıb. Yetkili qurumlar onun həbs səbəbi barədə heç bir məlumat vermir. Həsən Əsədi 2008-ci ilin mayında Azərbaycan türklərinin “İran” adlanan qəzetdə yayımlanan təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq keçirdiyi aksiyaların ikinci ildönümündə həbs olunub. Ona vəkil tutmağa və ailəsilə görüşməyə icazə verilməyib. Həsən Əsədi təcridxanada saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıb. Onun dırnağı çəkilib, barmağı qırılıb. İşgəncələrin şiddətindən komaya düşən Həsən Əsədi xəstəxanaya aparılıb. O, 22 gün saxlanıldıqdan sonra girov müqabilində sərbəst buraxılıb. Həsən Əsədi 2007-ci il fevralın 8-də milli fəal Abbas Lisaninin həbsinə etiraz əlaməti olaraq Ərdəbil şəhər həbsxanasının qarşısında keçirilən aksiyada iştirak etdiyi üçün tutulub. O, “Ettelaat”ın Ərdəbil şöbəsi və Təbriz həbsxanasında "istiqlalçı təşkilatlara üzvlük" ittihamıyla 4 ay təcridxanada saxlanıldıqdan ve işgəncəyə məruz qaldıqdan sonra 70 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıb. Həsən Əsədi 2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsi ikinci şöbəsi tərəfindən bir il həbs cəzasına məhkum olunub. Ancaq Apellyasiya Məhkəməsi bu cəzanı 6 aya endirib. O, 6 aylıq həbs cəzasını çəkdikdən sonra dekabrın 17-də Təbriz həbsxanasından sərbəst buraxılıb. Ədaləsiz məhkəmə qərarları 2009-cu il yanvarın 17-də Təbriz İnqilab Məhkəməsində 8 azərbaycanlı tələbənin məhkəmə prosesi keçirilib. Təbriz Universitetinin tələbələri Səccad Radmehr, Maqsud Əhdi, Mansur Əminian, Aydın Xacei, Fəraz Zehtab, Əmir Mərdani, Ehsan Nəcəfi, Malik Əştər adına İsfahan Universitetinin Gəmiçilik fakültəsinin tələbəsi Məcid Makuyi və İran adlanan yerin ordusunda məcburi hərbi xidmətdə olan azərbaycanlı zabit Dariyuş Hatəmi "ictimai asayişi pozmaq" və "milli təhlükəsizliyə xələl gətirən qanunsuz təşkilatlar yaratmaq və ya onlara üzv olmaq” ittihamlarıyla məhkəməyə çıxarılıblar. Qapalı olaraq keçirilən prosesə milli fəalların vəkili də qatılıb. Adıçəkilən tələbələr 2008-ci ilin iyulunda “Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən həbs olunub və təxminən 3 ay müddətinə qapalı təcridxanada saxlanılıblar. Bu müddət ərzində vəkil tutmağa və ailələrilə görüşə icazə verilməyən tələbələr “Ettelaat”ın istintaq təcridxanasında ağır işgəncələrə məruz qalıblar. Ardınca onların hər biri 20-50 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar və işləri Təbriz İnqilab Məhkəməsinə göndərilib. Bundan əlavə, 2009-cu il yanvarın 28-də Təbriz İnqilab Məhkəməsi ikinci şöbəsində hüquq müdafiəçisi və yazar Həmid Valayinin ilkin məhkəmə prosesi keçirilib. Onun vəkilinin verdiyi məlumata görə, soydaşımız "ictimai asayişi pozmaq"da ittiham olunur. Həmid Valayinin ilkin məhkəmə prosesi 2008-ci il dekabrın 1-də keçirilməliydi. Ancaq onun və vəkilinin məhkəməyə gəlməsinə baxmayaraq, işə baxan hakim prosesi təxirə salıb. Həmid Valayi 2008-ci il iyulun 15-də Təbrizdə “Ettelaat” əməkdaşları tərəfindən tutulub və 13 gün müddətində təcridxanada ağır fiziki və psixoloji işgəncəyə məruz qalıb. Nəticədə onun dişləri qırılıb, diş əti irinləyib, başında və sağ ayağında qırıqlar olub. Eyni zamanda 2009-cu il yanvarın 29-da Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində milli fəallar Behruz Əlizadə, Vədud Səadəti, Rəhim Qulami, Ərdəşir Kərimi və Hüseyn Hüseyninin məhkəmə prosesləri keçirilib. Onlar “Ettelaat” əməkdaşları tərəfindən tutulub və 20 gün müddətində təcridxanada saxlanılıblar. Bu müddət ərzində vəkil tutmağa və ailələrilə görüşə icazə verilməyən milli fəallara yalan ifadə almaq üçün işgəncə verilib. Daha sonra onlar 30 min dollar girov müqabilində müvəqqəti azadlığa buraxılıblar. Məhkəmə çağırışları 2008-ci il avqustun son həftəsində Urmiyada keçirilən beynəlxalq futbol turnirində "ayrı-seçkilik salan şüarlar səsləndirmək" ittihamıyla həbs olunmuş Səid Mahmudi, Yavər Şərifi, Məhəmməd Şərifi və Əli Əkbəri 2009-cu il yanvarın 24-də Urmiya Ümumi Cəza Məhkəməsinin 104-cü şöbəsinə çağırılıblar. Onların günahı “milli təhlükəsizliyə xələl gətirmək”dir. Eyni turnirdə həbs olunmuş azerkeş Purya Həzrəti Urmiya Ümumi Cəza Məhkəməsinin 104-cü şöbəsinə çıxarılsa da, ancaq hakim Nazri tərəfindən sərbəst buraxılıb. Ötən ilin noyabrında verilmiş bəraət hökmündə həbs səbəbi "istiqlalçı təşkilatların lehinə və milliyyətçi şüarlar səsləndirmək" göstərilib. Urmiyanın Qızıl Xənəyə kəndində toqquşma 2009-cu il yanvarın 15-də İran adlanan yerin təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və “Kalaşnikov” avtomatından istifadə edərək Urmiyanın Qızıl Xənəyə kəndində yeraltı su qaynaqlarının sənaye istifadəsi üçün yönəldilməsinə etiraz əlaməti olaraq Urmiya-Salmas magistralını bağlayan yüzlərlə əkinçiyə basqın edib. Təhlükəsizlik qüvvələri kəndlilərin maşınlarının qeydiyyat nömrələrini müsadirə edib. Barzad Nizami Əfşar, Miğdad Nizami Əfşar, Səid Cəfərpur, Məhəmməd Səmədzadə, Bəhram Quluzadə, Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur, Süleyman İbrahimzadə, Nasir Quluzadə, Əkbər Rüstəmi, İsgəndər Aslani, Allahverdi Aslani, Fəraməz Cəfəri, Məhəmməd Cəfəri, Nağı-A və Davud-Ş daxil olmaqla 30-dan çox kəndli həbs olunub. Nadəli Quluzadə, Nadəli Əlipur, Merac Əlipur, Heydər Əlipur yaralandıqları halda, ilk saatlarda onlar üçün müalicə imkanları yaradılmayıb. Yaralılar 6 saat təcridxanada saxlanıldıqdan sonra ağır qanaxmalarına görə, Urmiyanın İmam Xomeyni xəstəxanasına aparılıblar. Tutulanlar on gün müddətində işgəncə olunmaqla sorgu-suala çəkilib və sonradan girov müqabilində sərbəst buraxılıblar. Ancaq onlar “hökumətə qarşı üsyan” və “dövlət yetkililərinin xəbərdarlığına məhəl qoymamaq”da günahlandırılaraq Urmiyadan 30 km məsafədə yerləşən Nuşinşəhər Məhkəməsində mühakimə olunacaqar. Rəsmi adı farsca "Hanegah-e Sorh" olaraq dəyişdirilən Qızıl Xənəyə kəndi Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin Nazlu bölgəsindədir. Təxminən 2000 sakini var. Bu kəndin əhalisinin əksəriyyəti "Kürəsünni" və "Sünni Türk" olaraq tanınan sünni Azərbaycan türkləridir. İran adlanan yerdə sünni Azərbaycan türkləri Qərbi Azərbaycan və Ərdəbil əyalətlərind yaşayırlar. Urmiya, Xoy, Salmas və Piranşəhr bölgələrindəki sünni azərbaycanlıların nüfusu 400 mindən artıqdır. Qərbi Azərbaycan əyalətindəki sünni Azərbaycan türklərinin böyük hissəsi 1979-cu il İran İslam İnqilabı dövründə həyatlarına təhlükə olması səbəbilə Türkiyəyə köçüblər. Onların İran adlanan yerdə ali təhsil alması çətindir, dini məktəb və qeyri-hökumət təşkilatları qurmaq izni verilmir, dövlət orqanlarında işə almamaq kimi ayrı-seçkiliklərə məruz qalırlar, torpaqları isə dövlət tərəfindən müsadirə olunur. Eyni zamanda onların kəndlərində yeraltı suların istiqaməti dəyişdirilir və bununla da su çatışmazlığına, əkinçilərin iqtisadi çətinliyə düşmələrinə şərait yaradılır. Qapadılan tələbə dərgiləri İran adlanan yerdə azərbaycanlı tələbələrin buraxdığı dərgilərə yönəlik basqının davamı olaraq Yəzd Universitetində türk və fars dillərində yayılan "Xələc" qapadılıb. Bu dərgi Azərbaycan məsələsi və İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan türklərlə bağlı nəşr etdirdiyi məqalələrdə milliyyətçilik və pantürkizmi (türkçülük) yaymaq ittihamıyla ali təhsil müəssisəsinin Tələbə Dərgilərinə Nəzarət Komitəsi tərəfindən 2 sayı işıq üzü görəndən sonra dərci dayandırılıb. Bundan əlavə, yeni təhsil ilində universitetlərin Mədəniyyət Şurasının yetkililəri azərbaycanlı tələbələrin buraxdığı dərgilərini böyük basqıya məruz qoyub. “Ulus”, “Nəsim”, “Araz”, “Özlük”, “Oyanış”, “Səttarxan”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Yarpaq”, “Telengr”, “Çənlibel”, “Yaşıl Yol”, “Ana Yurd”, “Səhər”, “Açıq Söz”, “Sayan” və “Bulud” keçdiyimiz aylarda qapadılan tələbə dərgilərindən bəziləridir.
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi