SON XƏBƏRLƏR

“Bakı - İslam mədəniyyətinin paytaxtı” çərçivəsində keçiriləcək tədbirlər açıqlandı

2021.10.20, 07:36
“Bakı - İslam mədəniyyətinin paytaxtı” çərçivəsində keçiriləcək tədbirlər açıqlandı

Gunaz.tv
“Bakı - İslam mədəniyyətinin paytaxtı” çərçivəsində keçiriləcək tədbirlər açıqlandı ebulfezb.jpg İSESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən beşinci konfransının nəticələrinə görə, Bakı şəhəri 2009-cu ildən İslam Mədəniyyətinin paytaxtı seçilib. Lent.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında fevralın 18-də Heydər Əliyev Sarayında “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçiriləcəyini bildirib. Tədbirə bir sıra Avropa və İslam dövləti şəhərlərinin merləri, eyni zamanda mədəniyyət nazirləri dəvət edilib. İSESKO-nun baş direktoru açılış mərasimində iştirak edəcək. Açılış mərasimi çərçivəsində 18-19 fevralda şəhərin mərkəzi meydanında şənliklər, Bakı mədəniyyətinin paytaxtı -2009 vebsaytının və Qədim Bakı kitabının təqdimatı keçiriləcək. Ə.Qarayev bu il ərzində mədəniyyət paytaxt ili çərçivəsində yüzdən çox milli və beynəlxalq tədbirin keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. 2008-ci ildə 2-3 dekabrda Bakıda “Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfrans keçirilib. Konfransda Bakı Bəyannaməsi qəbul edilib, iştirakçı dövlətlər, eləcə də tərəfdaş dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində mədəni əməkdaşlığın və fəaliyyətlərin əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə tutan Bakı prosesinin əsası qoyulub. Bu il, həmçinin İslam ölkələrinin mədəniyyət Nazirlərinin 6-cı konfransı keçiriləcək. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq, bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırıb. Naziri keçiriləcək tədbirlərin Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağında unikal coğrafi mövqeyini, dözümlülük və icmalararası sülh ənənələri, mədəni və etnik rəngarənglik şəraitində yaşayan Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynamasının təsdiqlənməsinə şərait yaratdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar