SON XƏBƏRLƏR

İRAN RUSİYADAN S-300 RAKETDƏN MÜDAFİƏ SİSTEMİ ALIR

2021.10.20, 07:36
İRAN RUSİYADAN S-300 RAKETDƏN MÜDAFİƏ SİSTEMİ ALIR

Gunaz.tv
İRAN RUSİYADAN S-300 RAKETDƏN MÜDAFİƏ SİSTEMİ ALIR mustafamehemmedneccar.jpg Mustafa Məhəmməd Nəccar İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccar Moskvaya səfər edib. 3 günlük səfərdə nazir rusiyalı həmkarı Anatoli Serdyukov və digər rəsmilərlə müzakirələr aparacaq. «Media forum» saytının məlumatına görə, Nəccarın Rusiya müdafiə naziriylə görüşündə S-300 raketdən müdafiə sisteminin alınması əsas müzakirə mövzusu olacaq. Rusiyanın İrana digər hərbi-sursat və avadanlıq verməsi barədə də danışıqlar aparılacağı bildirilir. 2005-ci ildə İranla Rusiya arasında imzalanmış müqavilə əsasən, Moskva Tehrana 29 ədəd Tor-M1 raketdən müdafiə sistemi verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar