SON XƏBƏRLƏR

ATƏT Parlament Assambleyasının sessiyasında Rusiyadan Ermənistana silah ötürülməsi ilə məsələ qaldırılacaq

2021.10.20, 07:36
ATƏT Parlament Assambleyasının sessiyasında Rusiyadan Ermənistana silah ötürülməsi ilə məsələ qaldırılacaq

Gunaz.tv
ATƏT Parlament Assambleyasının sessiyasında Rusiyadan Ermənistana silah ötürülməsi ilə məsələ qaldırılacaq siyahi_ermenistan.jpg Sessiyanın işində qurumun üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi iştirak edəcək Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi məsələsi ATƏT Parlament Assambleyasının fevaralın 19-u və 20-də Vyanada keçiriləcək qış sessiyasında qaldırılacaq. Bu barədə Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri məsələnin həm sessiyada, həm də komitələrin iclaslarında müzakirəsinə çalışacaq. Bu məsələnin hamını ciddi şəkildə narahat etdiyini bildirən Eldar İbrahimov deyib ki, faktın ATƏT PA-nın müzakirəsinə çıxarılması o qədər də asan deyil. O, Rusiyanın Ermənistana silah verməsi məsələsi ilə bağlı Milli Məclisin nümayəndə heyəti Rusiya Dumasında görüşlər keçirəcəyini də qeyd edib. Qeyd edək ki, ATƏT PA-nın fevralın 19-20-də keçiriləcək qış sessiyasında Avropada təhlükəsizlik məsələsi müzakirə olunacaq. ATƏT-in rəsmi saytında bildirilir ki, qurumun üzvü olan 56 dövlətin 270-dən artıq parlament nümayəndəsi 8-ci sessiyanın işində iştirak edəcək. ATƏT-ə sədrlik edən Yunanıstanın xarici işlər naziri Dora Bakoyannisin açılış nitqi ilə başlayacaq toplantıda Avropada təhlükəsizliyə dair Rusiya və Fransa prezidentləri tərəfindən irəli sürülən təkliflər müzakirə olunacaq. Bu mövzuda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qluşko, Fransa XİN-in siyasi və təhlükəsizlik məsələləri üzrə direktor müavini Veronika Bujon-Bare və ATƏT PA-nın sədri Joao Soaresin məruzələri dinlənəcək. Sessiya çərçivəsində Qazaxıstanın 2010-cu ildə təşkilata sədrliyi ilə bağlı bu ölkə nümayəndə heyətinin təqdimatı da olacaq. Xatırladıq ki, sessiyada ölkəmizi Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə deputat qrupu təmsil edəcək. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar