SON XƏBƏRLƏR

Türk və erməni tələbələrin görüşü keçirilir

2021.10.20, 07:36
Türk və erməni tələbələrin görüşü keçirilir

Gunaz.tv
Türk və erməni tələbələrin görüşü keçirilir Türkiyənin Nevşəhir vilayətində türk və erməni tələbələrin görüşü keçirilir. Görüş «Türk-erməni tələbə dioloqu» layihəsi çərçivəsində gerçəkləşdirilir. Bir həftə davam edəcək tədbirdə 80 türk və 20 erməni gənc iştirak edir. Layihə çərçivəsində konsert proqramı və əyləncəli tədbirlər də keçiriləcək. Layihəni Türkiyə İqtisadi və Sosial Etüdlər Vəqfi, Helsinki Yurdaşşlar Dərnəyi, Hrank Dink Vəqfi və İstanbuldda erməni dilində dərc olunan «Aqos» qəzeti maliyyələşdirib. ------------------------------------------------------------ Fələstinli gənclərlə İsrail əsgərləri arasında toqquşma baş verib Yaxın Şərqdə Fələstinli gənclərlə İsrail əsgərləri arasında toqquşma baş verib. İordan çayının qərb sahili ərazisində sərhəd divarlarının tikilməsinə etiraz edən nümayişçilər İsrail hərbiçilərinə daş və yandırıcı məddələr atıblar. İsrail əsgərləri etiarzçıları dağıtmaq üçün gözyaşardıcı qaz güllələrindən istifadə ediblər. Sabah İsrail Nazirlər Kabinetinin təhlükəsizlik iclası keçiriləcək. İclasda Qilad Şalitin azad olunması üçün fələstinli dustaqların buraxılması məsələsi müzakirə ediləcək. Baş nazir kürsüsün tərk etməyə hazırlaşan Ehud Olmert nazirlər kabinetinin iclasında əsasən iki məsələni «Həmas»-la atəşkəs və Qilad Şalitin azad edilməsini gündəmə gətirəcək. Rəsmi Təl-Əvivin bu tələblərini isə «Həmas» atəşkəs danışıqlarını kölgələmək kimi qiymətləndirib. Təşkilat Qilad Şalit məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. Mütəxəssislər danışıqlar prosesinin İsraildə yeni hökümət formalaşdırılana dək qeyri-sabit olacağını söyləyirlər. Sabah həmçinin İsraildə parlament seçkisinin rəsmi yekun nəticəsi elan ediləcək. Bundan sonra prezident Şimon Peres koalisiya yaratmaq işini qalib partiyaya tapşıracaq. Bu məsələ isə 42 gün ərzində tamamlanmalıdır. İsrail hərbi qüvvələri Qəzzaya növbəti aiva-zərbələr endiriblər. Məlumata görə, Misirlə sərhəddəki üç yeralıt tunnel məhv edilib. Ölən və yaralılar barədə heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar