SON XƏBƏRLƏR

İRAN PARLAMENTİ QARŞISNDA ÖZÜNÜ YANDIRAN ŞƏXSƏ NARKOMAN ADI QOYUBLAR

2021.10.20, 07:36
İRAN PARLAMENTİ QARŞISNDA ÖZÜNÜ YANDIRAN ŞƏXSƏ NARKOMAN ADI QOYUBLAR

Gunaz.tv
İRAN PARLAMENTİ QARŞISNDA ÖZÜNÜ YANDIRAN ŞƏXSƏ NARKOMAN ADI QOYUBLAR yananshexs---shekil__1.jpg Şəkildə: Məhəmmədrza Kelavərzani parlament binası qarşısında özünü yandırarkən Yoxsulluğun, şəxsi həyatındakı problemlərin həllində aciz qalan İran-İraq müharibəsi əlili Məhəmmədrza Kelavərzani parlament binası qarşısında özünü yandırıb. üstünə benzin töküb intihara əl atmış əlil xəstəxanaya çatdırılsa da, onun həyatnı xilas etmək mümkün olmayıb. «Media forum» saytının məlumatına görə, əlil bu addımı davamlı müraciətlərinə deputatların məhəl qoymamasına etiraz əlaməti olaraq atıb. Yoxsulluqdan, işsizlikdən, şəxsi həyatındakı problemlərdən əziyyət çəkən əlil ona yardım göstərilməsi üçün dəfələrlə deputatlara yazılı şəkildə müraciət etsə də, onun müraciətlərinə cavab verilməyib. İran parlamentinin sədri Əli Laricani, parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Brucerdi jurnalistlərə açqlamalarında intihar etmiş şəxsin müharibə əlili yox, narkoman olduğunu, bundan əvvəl bir müddət həbsxanada saxlandığını desələr də, Çinaran şəhərindən parlamentə deputat seçilmiş Məhəmməd Dehqan jurnalistlərlə söhbətində onların bu mövqeyinə etiraz bildirib: «Parlament sədrinin bizə pənah gətirmiş bir şəxsin heysiyyətini bu tərzdə sual altına alması düzgün deyil. O, müharibə əlili olsa da, olmasa da, hər şeydən əvvəl parlamentə pənah gətirmiş bir insandır. Biz onun problemlərinin həlli üçün bir iş görməmişik və ya görə bilməmişik, bu, başqa məsələdir. Lakin yas içində olan bir ailə başçısının şəxsiyyət və heysiyyətinə bu şəkildə toxunmaq düzgün iş sayılmır. çünki bütün vətəndaşlar ölkə konstitusiyası qarşısında bərabərdir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar