SON XƏBƏRLƏR

Ermənilər Arazı, gürcülər isə Kürü çirkləndirir

2021.10.20, 07:36
Ermənilər Arazı, gürcülər isə Kürü çirkləndirir

Gunaz.tv
Ermənilər Arazı, gürcülər isə Kürü çirkləndirir thumbnail.php?file=kur_chayi1_966528420.jpg&size=article_medium Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən RİA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınıb. “Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib”, - deyə məlumatda bildirilir. Həmçinin qeyd edilir ki, Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Belə ki, suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Mis birləşmələri isə Horadiz və Bəhramtəpə məntəqələrində 3, I Şahsevən məntəqəsində isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Həmin məntəqələrdə neft məhsullarının miqdarının 1.2-1.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçməsi müşahidə olunub. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.63-9.78 mq/l arasında dəyişərək sanitar norma daxilində olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar