SON XƏBƏRLƏR

Venesuela: Uqo Çavez referendumda qələbə əldə edib

2021.10.20, 07:36
Venesuela: Uqo Çavez referendumda qələbə əldə edib

Gunaz.tv
Venesuela: Uqo Çavez referendumda qələbə əldə edib 20090216030639chavez_203.gif Venesuelanın sosialist prezidenti Uqo Çavez ona vəzifədə qeyri-məhdud müddət qalmağa imkan yaradan referendumda qələbə əldə edib. Uqo Çavezin prezidentlik müddəti 2013-cü ildə başa çatmalı idi, lakin o, inandıra bilmişdir ki, ona, inqilabının yer alması üçün daha 10 il hakimiyyət başında qalmaq lazımdır. Bu, Çavezin Konstitusiyanı dəyişmək naminə artıq ikinci çəhdi idi. Birinci cəhdi - 2007-ci ildə - baş tutmamışdır. Hakimiyyət başında olduğu 10 il ərzində Uqo Çavez yoxsul təbəqələrin dəstəyini qazana bilmişdir, lakin ölkənin ənənəvi elitası onun əleyhinədir. Xarici siyasət məsələlərinə gəldikdə isə, Uqo Çavez güclü anti-amerikan mövqeyi tutur. Uqo Çavezin referendumda qələbəsini qeyd etmək üçün Venesuela paytaxtı Karakasın küçələrinə minlərlə adam çıxıb. Onun özü isə bu qələbənin həqiqətin zəfəri olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar