SON XƏBƏRLƏR

İSRAİL İRANA MÜHARİBƏ ELAN EDƏCƏK

2021.10.20, 07:36
İSRAİL İRANA MÜHARİBƏ ELAN EDƏCƏK

Gunaz.tv
İSRAİL İRANA MÜHARİBƏ ELAN EDƏCƏK İranın dövlət televiziyasınn ABŞ-n Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dennis Bleyrin İsrail gəzeti “Haaretz”ə verdiyi açıqlamalara istinad edərək yaydığı xəbərə görə, Təl-Əviv təhdid gördüyü İrana hücum etməyi planlaşdırır. Xəbərdə Bleyrin dilə gətirdiyi “İsrail İranın nüvə proqramını durdurmaq üçün sonda Tehrana qarşı savaş elan edəcek” ifadəsi yer alıb. İsrail və İranın ilin sonunadək böyük bir müharibəyə girişəcəklərini irəli sürən Bleyr İranın uranı zənginləşdirmə proqramında qabağa getsə də, hələlik atom bombasına sahib olmadığını bildirib. İsrailin BMT-dəki sabiq daimi təmsilçisi Dan Gillerman da cümə günü verdiyi açıqlamada Təl-Əvivin İrana qarşı hücuma hazırlaşdığını qeyd edib. Qeyd edək ki, İsrailin hücum təhdidlərini yenidən səsləndirməsi Ağ Evin yeni administrasiyasının İranla birbaşa görüşmələrə hazırlaşdığı bir dönəmə təsadüf edir. Təl-Əvivin açıqlamalarını “psixoloji müharibə” kimi dəyərləndirən Tehran mümkün İsrail aqressiyasına ağır cavab veriləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar