SON XƏBƏRLƏR

ABŞ ordusuna immiqrantlar cəlb olunur

2021.10.20, 07:36
ABŞ ordusuna immiqrantlar cəlb olunur

Gunaz.tv
ABŞ ordusuna immiqrantlar cəlb olunur article_1234782749.gif Vyetnam müharibəsindən bu vaxta qədər ilk dəfədir ki, ABŞ ordusuna ölkədə müvəqqəti viza əsasında yaşayan şəxslər orduya cəlb olunacaq. Bu barədə New York Times qəzeti məlumat yayıb. Bu yenilik immiqrantlara cəmi altı ay ərzində vətəndaşlıq almaq imkanı verəcək. Toplama qurumları ümid edirlər ki, immiqrantlar bir çox ABŞ könüllülərindən həm təhsil səviyyəsinə, həm də dil bilmələrinə görə üstün olacaqlar. Qəzet həmçinin yazır ki, ABŞ ordusu sıralarına ölkədə 2 ildən artıq daimi yaşamış və 90 gündən artıq müddətə ölkəni tərk etməmiş immiqrantlar cəlb olunacaq. Pentaqonda bu barədə şayiələrin gəzdiyini , lakin dəqiq məlumatın olmamasını bildiriblər. Bəzi məlumatlara görə, bu proqramın fəaliyyətdə olduğu ilk 1 il ərzində orduya 1000 nəfər qəbul olunacaq ki, onlar da tibbi, tərcümə və kəşfiyyat bölmələrinə yerləşdiriləcəklər. Bütün iddiaçılar ingilis dilindən imtahan verməli olacaqlar. // Xəbərlər-Azərbaycan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar