SON XƏBƏRLƏR

BƏXTİYAR VAHABZADƏNİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR

2021.10.20, 07:36
BƏXTİYAR VAHABZADƏNİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR

Gunaz.tv
BƏXTİYAR VAHABZADƏNİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR bextiyar20vahabzade_vida_14-02-2009__2.jpg 2_bextiyar20vahabzade_vida_14-02-2009.jpg 3_bextiyar20vahabzade_vida_14-02-2009.jpg bextiyar20vahabzade_vida_14-02-2009__8.jpg Fevralın 14-də ölkə ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, xalq şairi Bəxtiyar Vahabzadəni son mənzilə yola salıb. bextiyar20vahabzade_vida_14-02-2009__5.jpg bextiyar20vahabzade_vida_14-02-2009__4.jpg bextiyar20vahabzade_vida_14-02-2009__3.jpg AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Bakı Dövlət Universitetinin akt salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan prezidenti İlham Əliyevin adından, habelə dövlət və hökumət təşkilatları, Yazıçılar Birliyi, müxtəlif kollektivlər adından əklillər və mərhumun orden və medalları düzülüb. bextiyar20vahabzade_vida_14-02-2009__1.jpg Salonda həzin matəm musiqisi, şairin sözlərinə yazılmış mahnılar, özünün oxuduğu şeirlər səslənib, B.Vahabzadənin ədəbi-ictimai fəaliyyətini əks etdirən videokadrlar nümayiş etdirilib. Vidalaşma mərasimində iştirak edən prezident İ.Əliyev B.Vahabzadənin ailə üzvlərinə, qohum-əqrəbasına başsağlığı verib. 1_bextiyar20vahabzade_vida_14-02-2009.jpg Matəm mitinqini açan təhsil naziri Misir Mərdanov şairin həyat və yaradıcılığından danışıb. Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov, deputat Nizami Cəfərov və xalq şairi Zəlimxan Yaqub mərasimdə nitq söyləyiblər. Sonra B.Vahabzadənin cənazəsi universitetin binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burda mərhumun ruhuna dua oxunub və görkəmli söz ustasının cənazəsi torpağa tapşırılıb. Allah rəhmət eləsin, qəbri nurla dolsun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar