SON XƏBƏRLƏR

Türkiyə özünün ilk vertolyotunu(helikopter) istehsal edəcək

2021.10.20, 07:36
Türkiyə özünün ilk vertolyotunu(helikopter) istehsal edəcək

Gunaz.tv
Türkiyə özünün ilk vertolyotunu istehsal edəcək Türkiyə özünün ilk vertolyotunu istehsal etməyə hazırlaşır. Bu barədə Türkiyənin “Dünya Bülteni” informasiya agentliyi məlumat verib. Türkiyə prezidenti Abdullah Gül ilk vertolyot istehsalı üçün tədqiqatlar aparıldığını və indiyə qədər bu tədqiqatlara 30 milyon dollar sərf edildiyini və daha 20 milyon dolların nəzərdə tutulduğunu bildirib. Türkiyə vertolyot istehsalında böyük təcrübəyə malik Tatarıstanla əməkdaşlıq yollarını da araşdırır. ---------------------------------------------------------- Sarkozi NATO-nun tədbirini boykotla hədələdi O, NATO-nun baş katibi Yaap de Xoop Sxefferin yanında oturmaq istəyir Fransa prezidenti Nikola Sarkozi NATO-nun apredə keçiriləcək yubiley sammitini boykot edəcəyi ilə hədələyib. O bildirib ki, əgər ona alyansın üzvü olan 26 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək iclasda dəyirmi stol arxasında yer seçməyə icazə verilməsə, bu addımı atacaq. Fransa lideri iclas iştirakçılarının əlifba sırası ilə stol arxasında oturması qaydasına əməl etmək istəmir və NATO-nun baş katibi Yaap de Xoop Sxefferin yanında oturmaq niyyətindədir. NATO Fransa prezidentinə güzəşt etmək məcburiyyətində qalıb. Əldə olunmuş razılaşmaya görə, Sarkozi sammitin açılış günü NATO-nun baş katibinin sağında, Almaniya kansleri Angela Merkel isə solunda oturacaq. Bu iki ölkə NATO-ya qəbul olunacaq. Lakin kamera zaldan uzaqlaşdırıldıqdan sonra, liderlər əlifba sırası ilə dəyirmi stol arxasında yerlərini tutacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar