SON XƏBƏRLƏR

Millətçi donu geymiş baybək sitəsi, nə üçün milli fəallara iftiralar vurur? . ( Babək bəy Azəri ilə müsahibə )

2021.10.20, 07:36
Millətçi donu geymiş baybək sitəsi, nə üçün milli fəallara iftiralar vurur? . ( Babək bəy Azəri ilə müsahibə )

Gunaz.tv
Millətçi donu geymiş baybək sitəsi, nə üçün milli fəallara iftiralar vurur? ( Babək bəy Azəri ilə müsahibə ) Sual: Syın Babək bəy, son zamanlar sizə qarşı iftiralarla dolu yazılara tez - tez rast gəlirik. Sizcə, bunun yaranmasına səbəb nədir? Cavab: Bir müddət bundan əvvəl, mən Stokholmda fars dilində yayılan Həmbəstəgir, yəni Həmrəylik radiosuna telefon edib, təqribən 6 - 7 dəqiqə ərzində Stokholmda nümayiş etdirilmiş "İtirilmiş yer" filmi haqda tənqidi rəyimi söyləmişdim. Bildiyiniz kimi, bu film Azərbaycanı sevməyənlər tərəfindən Milli Hökümətimizə qarşı yaradılmışdı. O günün səhəri, yəni bazar günü Stokholmda fars dilində yayılan Fanus radiosunda mənim haqqımda uzun - uzadı söhbət açaraq, iftiralar vurmuşdurlar. Misal üçün, məni "pantürkist, Azərbaycan və Türkiyənin cəsusu, İranda vətəndaş müharibəsi salmaq üçün cəhd edən, yalançı və təxribatçı" adlandırmışdı. Mən özüm bu verilişə qulaq asmamışam. Çünki həmin gün 20 Yanvar faciəsi ilə bağlı tədbirdə iştirak etmişdim. Amma bəzi soydaşlarımız mənim əl telefonuma zəng edib, məsələnin nə yerdə olduğunu dedilər və bildirdilər ki, radionun redaksiyasına zəng edib, səni müdafiə etmək fikrindən yan keçdik. Çünki səviyyəmizi endirib, onlarla bir pillədə durmaq istəmədik. Bundan da əlavə, e - mail poçtuma da bəzi vaxtlar təhqir edici məktublar gəlir. Əlbəttə, bunlar antiazərbaycan mövqeyindən mənə hücum edirlər. Amma, özünü milli fəal kimi təqdim edən baybək sitəsinin məsulu, hərdən bir hər hansısa bir bəhanə ilə mənə müxtəlif iftiralar vurur. Misal üçün, məni ittihamlayır ki, "saxtalanmış yalan və təxribatçı yazılara " yer verirəm. Sual: Babək bəy, mümkünsə cavab verin, onun sizə qarşı böhtan dolu yazılar yazmasına siz hər hansı bir səhvinizlə ip ucu vermisinizmi? Cavab: Mən bu suala qətiyyətlə, bir mənalı şəkildə deyirəm ki, yox!!! Mən bu vatxda qədər nə iş görmüşəmsə, hamısı göz qabağındadır və üstəlik vaxtaşırı azadtribunun hesabatlarını ictimaiyyətə çatdırmışam. İşimizdə olan nöqsan və səhvləri də özüm dilə gətirmişəm. Amma burda faciə şəklində hər hansı bir hadisə də baş verməyib. Əlbəttə, xatırlatmalıyam ki, baybək sitəsinin məsulu ancaq mənə qarşı yox, bəzi tanınmış milli fəallara qarşı da təxribat aparır. Ümumi halda mədəni ictimaiyyətdə ittiham vuran, vurduğu ittihamı qaneedici sənədlərlə sübut etməlidir. Mənim bir şey sübut etməyə borcum yoxdur. Əlbəttə, baybək sitəsinin məsulunun həqiqi dünyada kim olduğu məlum deyil. Biz onu ancaq internet vasitəsi ilə yaydığı sitədən tanıyırıq. Bu əsasla deyə bilərik ki, o, şəxs virtual dünyada virtual bir şəxsdir. Bildiyiniz kimi, ittiham vurub, ittihama cavab vermək, həqiqi fərdlərin arasında məna tapır. Sual: Sizcə bu növ təxribatlara qarşı necə durmaq lazımdır? Bəzən deyirlər ki, susmaq özü ən güclü cavabdır. Siz hansı üsuldan istifadə edirsiniz? Daha doğrusu, sizin buna baxışınız necədir? Cavab: Mənim fikrimcə, nə susmaq düzgündür, nə də məsələni şəxsi ixtilafa çevirmək düzdür. Bu gün milli hərəkatda bizim əsas məqsədimiz gərginliyi azaltmaq, bir - birini düşünmək, bir - birinin fikrinə hörmətlə yanaşmaq və belə olan halda bütün gücümüzü amalımız uğrunda mübarizəyə sərf etmək, müştərək üsulun üstündə birləşməkdir. Təbiidir, şəxsi ixtilaflar, yersiz iftira vurmalar, sağlam rabitələri zəhərləndirib, qurtuluş prosesində əngəl yaradar. Elə buna xatir deyirəm, əgər baybək sitəsinin məsulunda xoş niyyət varsa, əgər Azərbaycanı sevirsə, onda gərək özünə belə bir sual verə: "Mən tanınmış milli fəallarla iftira vurmaqla, şəxsi iftiralara zəmin yaratmaqla, kimlərin dərmanına su tökürəm?" Mən onun vurduğu iftiralara qarşı istərdim ki, şəxsi ixtilaf yerinə, müəyyən fikir və davranış tərzlərin araşdıraq. O cümlədən, hizbullahın əməl və fikir tərzin. Yeri gəlmişkən söz verirəm, yaxın gələcəkdə bu barədə bir yazı yazacam. Sual: Babək bəy, sizin cavablarınızdan aydın oldu ki, siz hamını vicdanla milli mübarizəyə səsləyirsiniz. Cavab: Elədir. Məni düz anlamısınız. Sual: Elə isə bir sualıma da cavab istəyirəm, siz baybək sitəsinin məsulu ilə nə vaxsa internetdə və yaxud telefon vasitəsi ilə hər hansı bir məsələ haqda fikir mübadiləsi aparmısınız? Cavab: Bir - iki dəfə internet vasitısi ilə səsli görüşümüz olub. Amma müəyyən iş üzərində ortaq əməkdaşlığımız olmayıb. Sual: Babək bəy, bir adam ki, özünü millətçi hesab edir, belə olan tərzdə nə üçün İran rejiminin milli fəllara vurduğu ittihamları, o da təkrarlayır? Cavab: Çox maraqlı bir nöqtənin üzərinə barmaq qoydunuz. Bildiyiniz kimi insanda duyğu var, bəzi vaxt olur ki, biz böhrana düşüb, kəlmə seçimində diqqətimizi əldən veririk. Hətta, o, adamları ki, çox sevirik, bəzən onlara qarşı da bilməməzlikdən səhv kəlmələr ağzımıza gətiririk. Amma halımız özümüzə gələndən sonra, öz səhvimizi başa düşüb və üzür istəyirik. Bu cür davranışda bir pis niyyət yoxdur. Sual: Hər halda pis niyyət olmasa da, amma insan özünü idarəni də əldən verir. Amma, hər halda halın özü müsabət deyil... Cavab: Düzdür, sizlə tam razıyam. Amma digər tərəfdən bəzi adamlar bilə - bilə və sistemli formada bir müəyyən fərdə və ya fərdlərə qarşı təxribat aparırlar. Burada məsələ fərq edir. Burada pis niyyət və əvvəlcədən hazırlanmış plan var. Elə baybək sitəsinin məsulu da uzun zaman və nizamlı formada tanınmış milli fəallara qarşı təxribat aparması bizim hamımızı şübhələndirir və belə olan zamanda özümüzdən bu sualı edirik: "Bu sitənin məsulu kimliyin gizlədərək, İran rejiminin milli fəallara vurduğu ittihamları təkrarlayaraq, hansı hədəfə qulluq edir? " Sual: Babək bəy, sizə təşəkkür edirem, dolğun cavablarınız üçün. Cavab: Siz də sağ olun ki, məni dinlədiniz. Müsahibəni hazırladı: Müzəffər Səlmaslı azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar