SON XƏBƏRLƏR

Qırğızıstan "Manas"a görə daha çox vəsait istəyir

2021.10.20, 07:36
Qırğızıstan "Manas"a görə daha çox vəsait istəyir

Gunaz.tv
Söhbət pulda deyil, onun miqdarındadır Qırğızıstan "Manas"a görə daha çox vəsait istəyir Qırğızıstanla ABŞ arasında "Manas" bazası problemi səngimək bilmir. Rəsmi Bişkek qərarının dəyişməyəcəyini deyir, Amerika isə hələ də bu ölkə ilə danışıqlar apardığını söyləyir. Bəs Birləşmiş Ştatlar üçün digər variantlar varmı? ABŞ-ın Barnard Kollecinin professoru Aleksandr Kuli bildirib ki, burada üç əsas məqam var. Hamısının başında da pul məsələsi durur: "2001-ci ildə "Manas" bazası qurulanda onun müqabilində Qırğızıstan Amerikadan iqtisadi yardımlar almalı idi. 2005-ci ildə Qırğızıstanda hakimiyyət dəyişilib və Akayevin yerinə Bakiyev gələn kimi o, Amerikadan bazanın icarəsi üçün haqqı artırmağı tələb etdi. İndi isə iqtisadi çətinliklər şəraitində qırğız tərəfi düşünür ki, daha bir cəhd etməyin vaxtıdır. İkinci məsələ budur ki, Bakıyev ölkədaxili vəziyyətdən, gözlənilən kütləvi etiraz aksiyalarından narahatdır. Çünki müxalifət güclənməkdədir. Nəhayət, Amerikada prezident dəyişib və Barak Obama Əfqanıstanı xarici siyasətin prioriteti elan edib. Bu səbəbdən də qırğızlar düşünürlər ki, bundan istifadə edib daha nə kimi fayda qoparmaq olar". Ekspert ABŞ-ın bu baza üçün belə canfəşanlıq etməsinin səbəblərinə də toxunub: "Problem ondan ibarətdir ki, Əfqanıstan kampaniyasının başlanğıcında Amerikanın bu bölgədə iki hərbi bazası var idi. Biri Qırğızıstanda "Manas", ikincisi isə - Özbəkistandakı Xanabad bazası. 2005-ci ilin iyulunda özbəklər amerikalıları K-2 kimi tanınan Xanabad bazasından qovdular. Bundan sonra "Manas" onların ixtiyarında qalan yeganə baza oldu". Professor bildirib ki, hazırda amerikalıların üzərində işlədikləri bir-neçə variant var: "Onlar Tacikistandakı Düşənbə hava limanından istifadə edə bilərlər. Onlar son bir ay ərzində etdikləri kimi, Türkmənistandakı Mərv çölündən də istifadə edə bilərlər. Bütün bu variantların ümumi bir bəlası var - sözügedən bütün variantlarda Amerika avtoritar reyimlərlə iş görməli olacaq. Bu halda isə Amerika özünün siyasi dəyərlərini təhlükəsizliyə güzəştə getmək məcburiyyəti qarşısında qalmaq istəmir". "Bəs nə üçün Əfqanıstan Amerika üçün bu qədər mühümdür" sualını cavablandıran ekspert vurğulayıb ki, heç şübhəsiz ki, Amerika Əfqanıstan əməliyyatını çətinə sala biləcək hər hansı bir hadisədən narahatdır. Amerikanın özündə cəmiyyətin İraq müharibəsinə münasibəti mənfiyə doğru dəyişilibdirsə də, Əfqanıstan əməliyyatına amerikalıların dəstəyi var. Üstəlik, Amerikanın yeni prezidenti bu əməliyyatda qalib gələcəyini vəd edib. Narahatlıqlar məhz bu amillərdən qaynaqlanır. Masa üzərindəki variantlardan heç biri Qırğızıstan qədər əlverişli deyil. Odur ki, indi Mərkəzi Asiyadan Fars körfəzinədək böyük ərazi boyunca yerləşən bütün hərbi məntəqələr nəzərdən keçirilir ki, onlardan hansının bazaya çevrilə biləcəyi aşkar edilsin. Söhbət növbəli əsasda 15 min əsgərə və ayda 500 ton hərbi yükə mənzil ola biləcək bazanın əldə edilməsindən gedir". Son məlumatlara görə, Moskvada ABŞ-la Rusiya arasında yüksək səviyyədə keçən danışıqlarda razılıq əldə olunub. Əldə olunan razılaşmaya görə, Moskva qeyri-hərbi yüklərin tranzitini öz ərazisindən keçib Əfqanıstana getməyə icazə verəcək. "Kommersant"ın yazdığına görə, ABŞ-ı danışıqlarda dövlət katibinin müavini Patrik Mun təmsil edib. Əksəriyyət ekspertlər bunu Qərblə Rusiya arasındakı münasibətlərdə böyük dönüş kimi qələmə veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar