SON XƏBƏRLƏR

Ölümsüz Doğum! - Böyük Rəsuloğlu

2021.10.20, 07:36
Ölümsüz Doğum! - Böyük Rəsuloğlu

Gunaz.tv
Bütün canlılar ölər, ama insanlar var ki, ancaq doğum tarixi olar, içimizdən ayrılarkən acı dolu yoxluqları hiss edilirsə də ürəklərdə yaşarlar, tarixdə yaşarlar, millət var olduqca durarlar. Azərbaycan Türk millətinin ölümsüz şairi Bəxtiyar Vahabzadə də bunlardan biriydi. Elimizin vəfa borcu olan ən- ənesinə uyaraq onun tanrıya qovuşmasını ailəsinə baş sağlığı verməklə, dəyərli dostları, yaxın fikirdaşları hörmətli ustadlar Prof.dr. Cavad bəy Heyət və Nurəddin bəy Rizayevində bu böyük qəmində şərik olduğumu bildirmək istəyirəm. İllər boyu bu üçünün birlikdə apardığı müzakirələrdə dördüncü adam kimi iştirak etdiyim üçün bunların Azərbaycan eşqi ilə yanıb qovrulduqlarının, millət sevgigisi ilə daşıb coşduqlarının şahidi olmuşam. Təqribən eyni yaşlarda olan bu üç şəxsiyətimizin, eyni istiqamətdə bir-birinə yapışaraq dəvam etdikləri yol, gənclərimizə yolbayı olması arzusu ilə buna toxundum. Millət yolunda, özəlliklə Azərbaycan kimi parçalanmış bir ölkənin nəcati üçün çalışanların böyük əzab və əziyətlərə qatlanmalı olduqları kimsəyə sır deyil. Məhəmməd Əmin Rəsulzadə dən, Seyid Cəfər Pişəvəriyə, Əbulfəzl Elçi bəydən Bəxtiyar Vahabzadəyə qədər uzanan körpüdən geçənlərin başına gəldiklərini hərkəs bilir. Ancaq Gülüstan poemasından sonra sovet hakimiyəti onu işdən qovaraq bir tikə çörəyə möhtac etmək istədiyi acısını, ürək ağrısı ilə yad etsədə qədir bilən millətimizin qorxunc Rus KGB-sinin basqılarına baxmıyaraq onu necə və hansı metodlarla təmin etdiyini sinə gərərək anladardı. Adını sosialist, nəbilim kominist qoymuş bir ölkədə bütün qapıların dövlət sarayına açıldığı bir durumda bunun nə olduğunu ancaq o zamanı yaşıyanlar anlarlar. Şükürlər olsun ki, o, içimizdən ayrılınca dövlət və millətimizin qayqısını gördü, buna görədə bugün bu acı dərdi çəkərkən bizlərə bir təsəlli oldu. Buda onu göstərir ki, bütün böyüklərimzə hörmət etməyimiz, onların qayqısını çəkməyimiz, sonradan utanmamaq üçün olsa da gərəklidir. Onun” özümüzü kəsən qılınc” piesini “ Azərbaycan akademik- dram tiyatr” salonundə bərbabər izlərkən günəş kimi parıldıyan gözlərində Türkün geçmişini, beynində alovlanaraq gələcəyə umid qaynağı gördüyünü gözlərindən seçmək mümkün idi. O, sözdə yox əməldə də Gülüstan poemasının qaranlıq yolları ışıqlandırıcı məşəli oldu. Onunla, 1994-ün bahari hörmətli geçmiş prezident cənab Heydər Əliyevlə birgə İrana gəldiyində, Tehranda bir neçə Güneyli aydınla birlikdə tanış olduğumuzda bunu seçmişdim. Güneylilərə bəslədiyi məhəbbət, Təbrizdə olduğu günlər Təbriz cavanlarnın hotelin qarşısına gəlib “ Bəxtiyar- Şəriyar” hayqırtılarını hər yerdə anladıb, iftixarla yad etməsindən də anlaşılmaqdaydı. 1999 vəya o ilə yaxın tarixdə cərrahi əməliyatı geçirdikdən sonra onu ruhlandırmaq üçün evlərində oxuduğum “ Şəhriyarım, Bəxtiyarım” şeirindən sonra da Güneyə məhəbbətin eyni ifadələrlə anlatı. Ancaq, Təbrizdə sapı ğzümüzdən olan Əsqər Fərdi baltaların hərəkətlərindən də əzab çəkdiyini deməyi unutmadı. O, xəstə günlərindən sonra dincəlmək üçün görüşlərini azaltığı halda Güneylilərin probləmi ilə məşqul olmağı unutmadı. Çoxlarına “ evdə deyil “ cavabı verilirkən, telefonlarımda görüş zamanı ayrılması onun Güneyə olan sevgisi və milli hərəkatımızın qayqısından xəbər verirdi. Hər hansi bir Güneylinin probləminin həllini qanun kimi qəbul edərək bütün imkanlarından istifadə etdi. Son gün, ağır durumda olduğuna baxmıyaraq gözlərini bu dünyaya yummadan,Türkiyədən gəlmiş bir TV qrupu ilə görüş geçirdiyi Türk dünyasına olan inamın gücüydü. Böyük Türk milləti böyük bir dəyərini ititrkən biz Güneylilər böyük bir dayağı əziz bir sırdaşı itirdik. Millət başın sağ olsun. Böyük Rəsuloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar