SON XƏBƏRLƏR

AKP MEDİASINDAN GÜLÜNC İDDİA

2021.10.20, 07:36
AKP MEDİASINDAN GÜLÜNC İDDİA

Gunaz.tv
AKP MEDİASINDAN GÜLÜNC İDDİA “Yeni Şafak” qəzeti general Rail Rzayevin ölümündə “Ergenekon” izi axtarir 4934.jpg Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına bağlı media artıq ölkə daxilində deyil, həm də xaricdə baş verən hər hansı müəmmalı qətli “Ergenekon”ün üzərinə atmağa başlayıb. Hökumətə yaxınlığı ilə bilinən və indiyədək “Ergenekon”da tutulanları ən müxtəlif cinayətlərdə ittiham edən “Yeni Şafak” qəzetinin dünənki sayında yer alan xəbərdə iddia olunur ki , Azərbaycan hərbi hava qüvvələrinin komandanı general-leytenant Rail Rzayevin ölümündə “Ergenekon” izi ola bilər. Qəzetin yazdığına görə, generalın qətlinin istintaqı ilə bağlı Azərbaycan tərəfi Türkiyədən yardım istəyib. “Ergenekon” işində adı keçən bəzi şəxslərin 1995-ci ildə Azərbaycandakı çevriliş cəhdini təşkil edənlər olması ilə bağlı Əliyev hakimiyyəti istintaqı dərinləşdirdi. Həmin çevriliş cəhdininin qarşısını alan ən önəmli şəxslərdən və Əliyev hakimiyyətinin çox sadiq generallarından olan Rzayevin 90-cı illərdə Çatlı və qrupu tərəfindən təşkil edilmiş quruluşun ortadan qaldırılması ehtimalı Azərbaycan mətbuatında yazılmağa başladı. Azərbaycan mətbuatı Bakıya Türkiyədən bir qrup agentin göndərildiyini yazdı”. Xəbərdən göründüyü kimi, generalın qətlini “Ergenekon”la bağlamaq üçün istifadə edilən “dəlillər” xeyli dərəcədə gülünc hesab edilə bilər. Çünki “Ergenekon” əməliyyatında adı keçən şəxslərin, konkret olaraq Vəli Kiçiyin, xüsusi təyinatlı polisin keçmiş komandiri İbrahim Şahinin və digərlərinin Azərbaycandakı mart çevrilişi ilə bağlı iddiaları da elə həmin qəzet özü ortaya atıb. Ancaq Azərbaycanın yaxın tarixində baş verənlərə bələd olanlar, habelə digər mənbələr bu iddiaların tamamilə əsassız olduğunu deyiblər. 1995-ci il mart hadisələrinin əsas fiqurlarından olan Fərman Dəmirqol da qəzetimizə müsahibəsində bu iddiaların həqiqətlə heç bir bağlantısının olmadığını demişdi. Üstəlik, qəzet məsələni dolaşdıraraq Türkiyədən “Ergenekon” işi ilə bağlı agentlərin göndərilməsi haqda xəbərləri generalın işinin istintaqı ilə bağlayıb. “Yeni Şafak” daha sonra “Yeni Musavat” qəzetinə istinadən yazır ki, “Ergenekon”un “ Azərbaycan uzantısını” araşdırmaq üçün Bakıya Türkiyədən agentlər göndərilib. Onlar “Ergenekon” işində tutulanlardan polkovnik Levent Göktaşın və general Vəli Kiçiyin Bakıdakı əlaqlərini araşdırırlar. Bu xəbər haqda Türkiyə iqtidarına bağlı “Star” qəzeti də yazıb. Qəzet Türkiyədən Bakıya agentlərin göndərildiyini, lazım bilinsə bəzi şəxslərin tutularaq dindirilmək üçün Türkiyəyə aparıla biləcəyini xatırladır. Bu xəbərdə qəzetimizin Vəli Kiçiklə Silivri həbsxanasında müsahibə götürən əməkdaşı Zabil Müqabiloğlunun da Türkiyədən göndərilən agentlərin siyahısında olduğu xatırladılır. Fərhad Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar