SON XƏBƏRLƏR

ADANADAKI LİSEYƏ BƏXTİYAR VAHABZADƏNİN ADI VERİLDİ

2021.10.20, 07:36
ADANADAKI LİSEYƏ BƏXTİYAR VAHABZADƏNİN ADI VERİLDİ

Gunaz.tv
ADANADAKI LİSEYƏ BƏXTİYAR VAHABZADƏNİN ADI VERİLDİ Türkiyə Bəxtiyar Vahabzadənin vəfatına kədərlənir 936.jpg Türkiyənin Adana şəhərində açılan Sosial Elmlər Liseyinə türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin adı verilib. Türkiyənin “Zaman” qəzetinin yazdığı məlumata görə, bu barədə Türkiyənin təhsil naziri Hüseyn Celik məlumat verib. Türkiyə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamalara görə, Hüseyn Celik şairin ölümü ilə bağlı yaydığı bəyanatda B.Vahabzadənin türk dünyasının ən böyük şairlərindən biri olduğunu bildirib: “Başda azərbaycanlı dostlarımız olmaqla türk dünyasına, ailəsinə və sevdiklərinə başsağlığı verirəm və mərhum Bəxtiyar Vahabzadənin əziz xatirəsi üçün Adanada açdığımız və 2009-2010-cu təhsil ilində faliyyətə başlayacaq Sosial Elmlər Liseyinə onun adını verdik”. Türkiyənin bir qrup siyasət adamı Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatı ilə bağlı başsağlığı verib (ANS-Press). Belə ki, Türkiyə prezidenti Abdulla Gül şairin ölümü ilə bağlı dövlət başçısı İlham Əliyevə başsağlığı göndərib. Abdulla Gül “Vahabzadə türk dünyasının ölkə və ictimaiyyətləri arasında körpü vəzifəsini üzərinə götürmüşdü” deyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlər qarşısında çıxışında şairin vəfatından kədərləndiyini bildirib və onun ailəsinə başsağlığı verib."Türkcəni yaşadan ən böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadənin ölümü məni hədsiz kədərləndirib. Şair türk dilinə etdiyi xidmətlərə görə əbədiyyətə qədər yaşayacaq. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, Azərbaycan xalqı və ədəbiyyat dünyasına başsağlığı verirəm". Türkiyə Böyük Millət Məclisinin spikeri Köksal Topdan isə “Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Bəxtiyar Vahabzadənin vəfat etməsi türk dünyası üçün böyük itkidir” deyib. Mədəniyyət və turizm naziri Ertuğrul Gunay isə şairin iki ölkə arasında qurduğu körpü və yaratdığı əsərlərlə daimi yaşayacağını bildirib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da Bəxtiyar Vahabzadənin ölümündən kədərləndiyini deyib: “O, diqqətlə qələmə aldığı, duru və sadə türkcə ilə dilə gətirdiyi əsərlərlə bir nəslin milli hissi, dil, azadlıq və vətən sevgisi ilə tanış olmasını təmin edib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar