SON XƏBƏRLƏR

Türkiyə İsrailə nota verdi

2021.10.20, 07:36
Türkiyə İsrailə nota verdi

Gunaz.tv
Türkiyə İsrailə nota verdi turkiye-xin-14-02.jpg Rəsmi Ankara, İsrail ordusunun quru qoşunları komandanının bəyanatına etiraz edir İsrailin Ankaradakı səfiri Qabi Levi bu gün Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib və ona İsrail ordusunun quru qoşunları komandanı Avi Mizraxinin qalmaqallı bəyanatı ilə bağlı etiraz notası təqdim edilib. Xatırladaq ki, bu yaxınlarda beynəlxalq konfransda çıxış edən israilli komandan Türkiyə hökumətini, xüsusilə baş nazir Rəcəb Tayyip Ərdoğanı, İsraili Qəzzada hərbi cinayət törətməkdə ittiham etməzdən əvvəl öz tarixini diqqətlə öyrənməyə çağırıb. O, Birinci Dünya Müharibəsi illərində Osmanlı dövlətində baş verənləri misal çəkib və erməni soyqırımının törədildiyini bildirib. Türkiyənin notasında isə qeyd edilir ki, quru qoşunları komandanının bəyanatı qəbuledilməzdir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da məsələyə münasibət bildirib. Qurumun internet saytında yerləşdirilmiş bəyanatda deyilir ki, İsrail komandanının dedikləri həqiqətin təhrifidir, məsuliyyətsiz və iki ölkənin milli maraqlarına zidd fikirlərdir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar