SON XƏBƏRLƏR

Bəxtiyar Vahabzadənin vəfatı Türkiyəni sarsıdıb

2021.10.20, 07:36
Bəxtiyar Vahabzadənin vəfatı Türkiyəni sarsıdıb

Gunaz.tv
Bəxtiyar Vahabzadənin vəfatı Türkiyəni sarsıdıb thumbnail.php?file=bextiyar_vahabzade_548932622.jpg&size=article_medium Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatı qardaş Türkiyə Cümhuriyyətini sarsıdıb. Türkiyənin Azərbaycandakı səfirliyindən RİA-ya verilən məlumata görə, Türkiyə Cumhuriyyətinin rəsmi şəxsləri şairin vəfatını dərin hüzünlə qarşılayıblar. “Türk dünyasının böyük şairlərindən olan Bəxtiyar Vahabzadənin vəfatını üzüntü ilə öyrəndim. Ölkəlirimiz arasında mədəniyyət körpüsü qurmuş önəmli bir şair olan Vahabzadənin əsərləri könüllərdəki yerini qoruyacaq və daim hörmətlə yad ediləcək”, - deyə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib. Türkiyənin Dövlət naziri Prof.Dr. Mustafa Səid Yazıçıoğlu da Bəxtiyar Vahabzadənin vəfatını kədərlə qarşıladığını qeyd edib. “Dərin biliyi, sənətkar ruhu və mübarizə əzmilə dost və qardaş Azərbaycandan Türkiyəyə körpü salmış şairin vəfatının kədərini yaşayıram. Ömrünü milli şüur və böyük ideyalara həsr edən böyük şair millətin dərdini öz dərdi bilmiş, Türk Dünyasının inkişafı üçün əməli ilə biliyini və bütün mənliyini ortaya qoymuşdu. “Ana yurdda yuva qurdum, ata yurda könül verdim“ deyən şair Türk xalqına olan sevgisini hər fürsətdə dilə gətirmişdi. Bu səmimiyyətin nəticəsi olaraq əziz şairin bütün əsərləri ölkəmizdə əldən-ələ gəzib dolaşır”, - deyə dövlət naziri bildirib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Bəxtiyar Vahabzadənin vəfatından kədərləndiyini bildirib və bu münasibətlə Azərbaycan xalqına, Türk Dünyasına və şairin yaxınlarına baş sağlığı verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar