SON XƏBƏRLƏR

KOSMOSDA AMERİKA-RUSİYA TOQQUŞMASI

2021.10.20, 07:36
KOSMOSDA AMERİKA-RUSİYA TOQQUŞMASI

Gunaz.tv
Sibirin üzərində iki ölkənin peykləri üz-üzə gəldi Sibir üzərində Yerdən təqribən 800 kilometr yüksəklikdə Rusiya və Amerikanın süni peykləri toqquşub. Sibirin üzərində iki ölkənin peykləri üz-üzə gəldi Sibir üzərində Yerdən təqribən 800 kilometr yüksəklikdə Rusiya və Amerikanın süni peykləri toqquşub. Bu barədə Amerikanın Milli Aerokosmik Agentliyi NASA-dan məlumat yayılıb. NASA rəsmisi Kelli Xamfirs bildirib ki, kosmik peyklərin toqquşması fevralın 10-da baş verib. Toqquşanlar Rusiyanın 1993-cü ildə orbitə buraxdığı və sıradan çıxmış hesab edilən rabitə peyki və Amerikanın “İridium” qlobal mobil şəbəkəsinə daxil olan peykidir. Peykin “Motorola”şirkətinə aid olduğu bildirilir və orbitə 1997-ci ildə buraxılıb. Hər bir peykin kütləsinin yarım tondan çox olduğu bildirilir. Hamfris bildirib ki, kosmosda toqquşma ilk belə hadisədir. İndiyədək fəzada iki süni peykin toqquşması hadisəsi qeydə alınmamışdı. Onun sözlərinə görə, toqquşma nəticəsində iki kosmik “bulud” yaranıb. NASA rəsmisi bu insidentin Beynəlxalq Kosmik Stansiya üçün heç bir təhlükə təşkil etmədiyini deyib, çünki stansiya toqquşmanın baş verdiyi orbitdən daha aşağıda uçur. Bununla belə, Hamfris Beynəlxalq Kosmik Stansiya üçün bütün mümkün riskləri təhlil etdiklərini deyib. Qeyd edək ki, bu stansiyada Rusiya və Amerikadan olan astronavtlar növbə çəkir. Rusiyanın “Roskosmos” agentliyinin rəsmisi Aleksandr Vorobyev də insidenti təsdiq edərək deyib ki, toqquşan peyk artıq istismardan çıxarılmışdı və onların sərəncamında deyildi. Bununla belə, o, insident haqda ətraflı məlumatlara malik olmadıqlarını deyib. Vorobyev əlavə edib ki, Beynəlxalq Kosmik Stansiyada olan rus kosmonavtları ilə müntəzəm əlaqə saxlanılır və həmin stansiyanın işi üçün təhlükə yoxdur. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar