SON XƏBƏRLƏR

ABŞ-ın BAŞ KƏŞFİYYATÇISI İŞƏ XƏBƏRDARLIQLA BAŞLADI

2021.10.20, 07:36
ABŞ-ın BAŞ KƏŞFİYYATÇISI İŞƏ XƏBƏRDARLIQLA BAŞLADI

Gunaz.tv
“İqtisadi böhran Amerika üçün əsas təhlükədir” Amerikanın Milli Kəşfiyyat Agentliyinin yeni direktoru Denis Bleyer xəbərdarlıq edib ki, ölkənin milli təhlükəsizliyi üçün hazırda başlıca təhlükə iqtisadi böhrandır. Vəzifəyə Konqres tərəfindən yeni təyin olunan Bleyer Senatın kəşfiyyat komitəsinə ölkənin milli təhlükəsizliyi üçün başlıca təhlükələr haqda hesabat təqdim edib. Hesabatda deyilir ki, təhlükə təkcə böhranın iqtisadi təsirləri ilə bağlı deyil, həm də onun Amerikanın dünyadakı imicinə təsiri baxımından böyükdür. Bleyerin qənaətinə görə, böhran Amerika bazarlarında başladığı üçün Birləşmiş Ştatların dünyadakı hökmranlığını şübhə altına alır. “The New York Times” qəzeti qeyd edir ki, kəşfiyyatın 2009-cu il üçün hazırladığı hesabat əvvəlkilərdən fərqlidir. Belə ki, əvvəllər kəşfiyyat ölkənin milli təhlükəsizliyi üçün yönələn təhlükələri qiymətləndirəndə əvvəlcə terrorçuluqdan və kütləvi qırğın silahlarının yayılmasından başlayırdı. Lakin bu dəfə hesabatda başlıca təhlükə olaraq iqtisadi böhran göstərilir, terrorçuluq və kütləvi qırğın silahlarınınn yayılması, habelə Əfqanıstan, İraq, Şimali Koreya və İran təhlükələri daha sonra gəlir. Hesabatda Rusiya təhlükəsinə də toxunulur. Bleyer qeyd edir ki, Rusiya bu günlərdə Qırğızıstanın “Manas” aviabazasını bağlamasında başlıca rol oynayıb. Bu hesabatın təqdim edilməsi ilə eyni gündə Senat Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Leon Panettanın da namizədliyini təsdiq edib. Onun namizədliyinə dair müzakirələr neçə gündür davam edirdi. Panetta prezident Bill Klintonun administrasiyasında onun aparat rəhbəri olub və xüsusi xidmət orqanlarında iş təcrübəsi yoxdur. Bu baxımdan Panettanın namizədliyi kəşfiyyat strukturlarında təəccüblə qarşılanıb. Lakin onun namizədliyini irəli sürən prezident Obama hesab edir ki, Panetta yaxşı idarəçidir və MKİ ilə Konqres arasında işgüzar münasibətlər qura biləcək. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar