SON XƏBƏRLƏR

BƏXTİYAR VAHABZADƏ VƏFAT EDİB

2021.10.20, 07:36
BƏXTİYAR VAHABZADƏ VƏFAT EDİB

Gunaz.tv
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib. «ANS-Press»in məlumatına görə, şairlə vida mərasimi fevralın 14-də Bakı Dövlət Universitetində keçiriləcək. Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. «ANS-Press»in məlumatına görə, şairlə vida mərasimi fevralın 14-də Bakı Dövlət Universitetində keçiriləcək. Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1951-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Bədii yaradıcılığa İkinci Dünya müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1940-cı ildən indiki Bakı Dövlət Universitetində dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1985-ci ildə Azərbaycan xalq şairi fəxri adını alıb. 1995-ci ildə «İstiqlal» ordeni ilə təltif edilib. Dörd dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), bir dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib (1995-2000). Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar