SON XƏBƏRLƏR

TEHRAN CÜMƏ NAMAZININ RƏHBƏRİ İRANIN KOSMOSA BURAXDIĞI PEYKİ ABŞ və İSRAİLİN BAŞINA ENDİRİLƏN ÇƏKİC SAYIR

2021.10.20, 07:36
TEHRAN CÜMƏ NAMAZININ RƏHBƏRİ İRANIN KOSMOSA BURAXDIĞI PEYKİ ABŞ və İSRAİLİN BAŞINA ENDİRİLƏN ÇƏKİC SAYIR

Gunaz.tv
Bu gün Tehran Universitetində - cümə namazında çıxış edən ayətullah Əhməd Cənnəti İranın raket texnologiyası sahəsində uğurlarına toxunaraq bir neçə gün əvvəl kosmosa buraxılmış «Ümid» peykinin ABŞ və İsrailin başına endirilmiş çəkic olduğunu deyib. Bu gün Tehran Universitetində - cümə namazında çıxış edən ayətullah Əhməd Cənnəti İranın raket texnologiyası sahəsində uğurlarına toxunaraq bir neçə gün əvvəl kosmosa buraxılmış «Ümid» peykinin ABŞ və İsrailin başına endirilmiş çəkic olduğunu deyib. «Media forum» saytının məlumatına görə, Əhməd Cənnəti «Ümid» peykini yerli mütəxəssislərin istehsal etdiyini vurğulayıb: «Bu hadisə onların heyrətlənməsinə səbəb oldu. Peyk buraxılandan sonra bütün dünya bizim uğurdan danışır». Ə.Cənnəti «Ümid» peykinin istehsalından əvvəl bir sıra qonşu ölkələrin bu işə şübhə ilə baxdığına, İran mütəxəssislərini məsxərəyə qoyduğuna diqqət çəkib: «Peyk istehsalına başlayarkən bizim mütəxəssis dostlarımız qonşu ölkələrdən bu sahədə onlara yardım göstərilməsini xahiş etmişdilər. Lakin onlar bizimkilərə rişxənd edərək demişdilər ki, siz hara, peyk hara, bu sizlik deyil, sizlər bu iş üçün yaranmamısınız. Elə buna görə də bizə yardım göstərmədilər. Nə yaxşı ki, yardım etmədilər. Nəticədə bizim gənc mütəxəssislərimiz qabiliyyət və güclərinə arxalanaraq bu peyki istehsal edib yer orbitində yerləşdirdilər. Bu isə təbrikə layiq hadisədir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar