SON XƏBƏRLƏR

Bakıda şok həbslər: cinayətkar dəstənin 41 üzvü ələ keçdi

2021.10.20, 07:36
Bakıda şok həbslər: cinayətkar dəstənin 41 üzvü ələ keçdi

Gunaz.tv
22:06 13-02-2009 “Quest net” firması adı altında fəaliyyət göstərən şəbəkə on minlərlə vətəndaşı aldadaraq, külli miqdarda qazanc götürüb Bakıda dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilərək, əksər üzvləri yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə “Quest net” firması adı altında fəaliyyət göstərən şəbəkə on minlərlə vətəndaşı aldadaraq, külli miqdarda qazanc götürüb Bakıda dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilərək, əksər üzvləri yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəstə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərsizləşdirilib. Müəyyən olunub ki, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında “Quest net” firması adı altında fəaliyyət göstərən bu cinayətkar şəbəkə, işə götürəcəkləri barədə yalan vədlər verməklə, əsasən gəncləri zərgərlik məmulatlarının satışına cəlb ediblər. Onlar, on minlərlə vətəndaşa çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına sataraq, külli miqdarda qazanc götürüblər. Firmanın rəhbərləri, mal almış hər bir şəxsin sonradan iki nəfərin, sonuncuların isə daha dörd nəfərin pulunu almaqla və bu işi həndəsi silsilə şəklində davam etdirməklə şəbəkə üzvlərinin artımına nail olublar. Eyni zamanda, fəallıq göstərəni “lider” adlandıraraq, satış rəhbəri qismində müstəqil fəaliyyətə həvəsləndirmiş, həmçinin insanları inandırmaq və kriminal şəbəkəyə daha çox vətəndaş cəlb etmək üçün ofislərində seminar və praktiki məşğələlər təşkil ediblər. Piramida üsulu ilə qurduqları cinayətkar şəbəkəyə cəlb olunmuş vətəndaşlardan aldıqları pullar hesabına özlərinə yüksək əməkhaqqı götürüb, eləcə də ofis, kommunal və digər xərclərini ödəyiblər. Prosessual araşdırmalar göstərib ki, “Quest net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri, Saatlı rayonunda anadan olmuş 42 yaşlı Valeh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıblar. Xüsusi qeyd edilməlidir ki, dəyəri 5 dollardan 96 dollaradək olan qızıl əşyalar Valeh Ağayevin vasitəsi ilə mütəmadi şəkildə Bakı şəhərinə gətirilərək əvvəlcədən pulu alınmaqla vətəndaşlara paylanıb. Yığılan pulların cüzi bir qismi Honq-Konqdakı bank hesabına köçürülərək, Almaniyadan ucuz zərgərlik məmulatlarının alınmasına yönəldilib, əksər hissəsi isə şəbəkədaxili elektron kart vasitəsi ilə nəqdləşdirilərək talanıb. Mütəşəkkil cinayətkar dəstənin Binəqədi rayonunda yerləşən ofisinə baxış zamanı 859 ədəd müxtəlif zərgərlik məmulatı, hədiyyələr, kompüterlər, habelə hesabatlar və digər sənədlər aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə firmanın 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılıb, o cümlədən Valeh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Son illərin təcrübəsi göstərir ki, əvvəllər də minlərlə vətəndaş göstərilən və buna bənzər üsulla törədilən analoji cinayətlərin qurbanı olmuş və bütün bunlar barədə ictimaiyyət kütləvi informasiya vasitələri ilə ətraflı məlumatlandırılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, hələ də şirin vədlərə inanaraq belə işbazların tələsinə düşən ayrı-ayrı vətəndaşlara, onların içində hətta ziyalı və müəyyən yüksək vəzifə tutan şəxslərə rast gəlinir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək onları asan yolla külli miqdarda gəlir əldə etmək kimi şirnikləndirici vədlərə inanmamağa, sayıq olmağa, əsl vətəndaşlıq mövqeyi göstərməklə qanunvericiliyə zidd olan bu və digər hallar barədə dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmağa çağırır. Eyni zamanda, haqqında danışılan transmilli mütəşəkkil cinayətkar dəstənin əməllərindən zərər çəkmiş şəxslərdən Nazirliyin “102” Xidmətinə, yaxud (012) 590-98-58 nömrəli telefonla zəng vurub məlumat vermələrini xahiş edir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar