SON XƏBƏRLƏR

Öldürülən generalın həyat yoldaşı danışdı

2021.10.20, 07:36
Öldürülən generalın həyat yoldaşı danışdı

Gunaz.tv
“Mənə gec xəbər verdilər. Saat 10-dan sonra xəbər tutdum” “Mənə gec xəbər verdilər. Saat 10-dan sonra xəbər tutdum”. Bunu “Azadlıq” radiosuna müsahibəsində fevralın 11-də qətlə yetirilmiş Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin həyat yoldaşı belə deyir. O, deyir ki, qətl günü həyat yoldaşı səkkizə iyirmi dəqiqə işləmiş evdən çıxıb. Rail Rzayevin ölümü barədə isə xanımına bir neçə saat sonra məlumat veriblər 12:14 14-02-2009 “Mənə gec xəbər verdilər. Saat 10-dan sonra xəbər tutdum” “Mənə gec xəbər verdilər. Saat 10-dan sonra xəbər tutdum”. Bunu “Azadlıq” radiosuna müsahibəsində fevralın 11-də qətlə yetirilmiş Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin həyat yoldaşı belə deyir. O, deyir ki, qətl günü həyat yoldaşı səkkizə iyirmi dəqiqə işləmiş evdən çıxıb. Rail Rzayevin ölümü barədə isə xanımına bir neçə saat sonra məlumat veriblər. Amma o da qətlin təfərrüatlarından xəbərsizdir, çünki hadisənin yeganə şahidi olan sürücünü o vaxtdan bəri görməyib. - Sizə sürücü xəbər verdi? - Yox, qızım və kürəkənlərim gəldilər bizə. Mən sürücünü görməmişəm. - Son günlər narahat deyildi? - Yox, yox, hiss etməmişəm. - Onun izlənilməsilə bağlı da xəbərlər dolaşır… - Mənə heç nə deməmişdi. Mən heç nə bilmirəm. O evdə işlə bağlı heç bir söz danışmazdı. Fevralın 13-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlinin üçüncü günü ilə bağlı hüzr mərasimi keçirilib. “Azadlıq” radiosunun mərasimdə iştirak edən əməkdaşı yas mərasimində Müdafiə Nazirliyinin və digər rəsmi qurumların yüksək rütbəli təmsilçiləri ilə rastlaşmadığını qeyd edib. Tanınan simalardan mərasimdə yalnız keçmiş müdafiə naziri Dadaş Rzayev və parlamentin üzvü Vahid Əhmədovu görünüb. Generalın qohumlarının verdiyi xəbərə görə, müdafiə naziri Səfər Əbiyev xarici ölkədə olduğundan yas mərasiminə qatılmayıb. Qohumları isə hələ də ölüm xəbərinin şokundan çıxmadıqlarını deyirlər. General Rail Rzayevi qapalı adam kimi xarakterizə edən yaxınları bildirir ki, onun konkret kiminləsə problemi olması haqda bilgiləri yoxdur. Dediklərinə görə, indi tək istəkləri hüquq-mühafizə orqanlarının dövlət başçısının tapşırığına əməl edərək generalın qatilini tezliklə tapmasıdır. Yas mərasimində iştirak edənlərin qətllə bağlı bir sıra versiyaları olsa da, bunları müsahibədə səsləndirməkdən çəkiniblər. Ancaq generalın qohumlarından biri deyib ki, ona snayper atəş açıb. Yaxınlıqda yerləşən bank filialının güvənlik kameraları snayperin yerləşdiyi istiqaməti də müəyyən edə bilib. Deyilənlərə inansaq, snayper yaxınlıqdakı yeni tikilmiş binaların birindən atəş açıb. Bu, generalın qohumlarının səsləndirdiyi versiyadır. Təbii ki, başqa versiyalar da səsləndirilir. Respublika Prokurorluğunun mətbuat xidmətinin başçısı Eldar Süleymanov isə “Azadlıq” radiosuna bildirib ki, istintaq qrupu generalın öldürülməsi ilə bağlı bütün versiyalar üzərində işləyir: “Müxtəlif versiyalar var. Onların üzərində iş gedir. Açıqlama üçün hələ bilgi yoxdur. istintaq davam edir. Ola bilər ki, yaxın günlərdə ictimaiyyətə açıqlama verilsin”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar