KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Qüdrət Həsənquliyev: "Ankara prinsipial mövqedən çıxış etsə, Rusiya Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalar" Moskvaya səfərinin ilk günü Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rola malik olduğunu deyən Türkiyə prezident Abdulla Gül dünən türk mallarının rus gömrüyündən keçməsiylə bağlı çətinliklər yaşanmasından şikayətlənib. Abdulla Gül Federasiya Şurasının sədri Sergey Mironovla görüşdə bildirib ki, son vaxtlar Rusiya gömrüyündəki çətinliklərə görə iki ölkə arasında ticarət dövriyyəsi azalır: "Türkiyə hər hansı imtiyaz və üstünlük istəmir. Sadəcə, türk mallarına ümumi gömrük qaydalarının tətbiqini istəyir. Son vaxtlar Türkiyəylə münasibətlərdə neqativ tendensiyanın baş verdiyi qənaətinə gəlmək olur. Mən bu məsələyə diqqət yetirilməsini xahiş edirəm". Ramiz Mikayıloğlu Sergey Mironov öz növbəsində deyib ki, 2008-ci ilin sentyabrında Rusiya və Türkiyə gömrük idarələri arasında gömrük proseduru ilə bağlı protokol imzalanıb. Ancaq noyabrın sonlarında gömrük xidmətlərinin rəhbərlərinin Ankarada keçirilən görüşündə türk tərəfi türk mallarının rus gömrüyündən keçməsində çətinliklərin yarandığı iddiasını irəli sürüblər. Yanvarda baş nazir Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə anoloji məzmunda məktub yazıb: "Mən əminəm ki, bütün texniki problemlər iki ölkə arasındakı dostluq əlaqələri ruhunda qarşılıqlı faydalı əməkdaşlıq əsasında həll ediləcək". Federasiya Şurasının sədri Sergey Mironov Rusiya və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlıqdan da danışdıqlarını söyləyib. Onun sözlərinə görə, Rusiya qaz ötürülməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirir. Hər iki tərəf Türkiyədə rus mədəniyyəti, Rusiyada türk mədəniyyəti ilinin yüksək səviyyədə keçirildiyi qənaətindədir. Sergey Mironov Rusiya mədəniyyətini və dilini öyrənmək üçün türk kitabxanalarının nəzdində rus mədəniyyət mərkəzlərinin yaradılmasını təklif edib. Federasiya Şurasının onu da nəzərə çatdırıb ki, 2008-ci ildə Türkiyəyə 2,5 milyon rus turist gəlib. İki ölkənin illik ticarət dövriyyəsi 30 milyard dollar həcmindədir. Mətbuat konfransında Adulla Gül bəyanlayıb ki, Türkiyə Rusiyanın əsas iqtisadi tərəfdaşlarından biridir: "Rusiya Türkiyənin qaz tələbatının 2/3-ni, neft tələbatının 1/3-ni təmin edir. O, atom energetikası sahəsində gələcəkdə uğurlu əməkdaşlığın ediləcəyinə də inanır. Sergey Mironov da Türkiyədə atom enerji stansiyasının tikilməsində Rusiyanın iştirakına maraqlı olduğunu söyləyib. Sergey Mironov Abdulla Gülə 1920-ci ildə Türkiyədə həlak olmuş general Kutepovun abidəsinin bərpasıyla bağlı da təşəkkürünü çatdırıb. O, Türkiyə prezidentindən xahiş edib ki, general Kutepovun abidəsinə rəsmi status verilsin. Abdulla Gül bu məsələdə xüsusi diqqət yetirələcəyinə söz verib. Abdulla Gülün səfərinə rus mətbuatı da xüsusi diqqət yetirir. Rus mətbuatı yazır ki, Ankara energetika sahəsində əməkdaşlıqda maraqlıdır. Eyni zamanda türklər Kazan və Soçidə beynəlxalq idman komplekslərinin tikintisində iştirak etmək istəyirlər. O da bildirilir ki, əgər 2004-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 milyard dollar olubsa, ötən müddətdə 3 dəfə artıb və 2008-ci ildə 33,8 milyard dollara çatıb. Nəticədə Türkiyə Rusiyanın ticarət tərəfdaşları arasında beşinci yerə qalxıb. Türkiyə rus xammalını, xüsusən neft, qaz və metalı alır. Rusiyaya Türkiyədən toxuculuq və kimya məhsulları, maşın, avtobus və ərzaq malları göndərilir. Hazırda Rusiyada türk sərmayəsinin həcmi 7 milyard dollar, rus sərmayəsinin Türkiyədə həcmi 4 milyard dollardır. Türklər üçün rus turistləri də xüsusi əhəmiyyət daşıyır: "Digər tərəfdən, Türkiyə qazın 2/3-ni, neftin 1/3-i Rusiyadan alır. Buna görə Türkiyə Rusiyaya qaz tranzitində Ukraynadan aslılığını zəiflətməkdə kömək etməyə hazırdır. Məsələn, Abdulla Gül ölkəsi üçün artıq Qara dənizin dibiylə çəkilmiş "Mavi axın" kəmərinin əhəmiyyətini vurğulayıb. Türkiyə prezidenti Qara dənizlə "Mavi axın-2" kəmərinin çəkilməsində də israr edir. Bu kəmərlə Türkiyəyə, hətta İsrailə qaz daşınması mümkündür". Rus mətbuatı onu da vurğulayır ki, Türkiyənin Rusiyayla yaxınlaşması, xüsusən hərbi-texniki sahədə əməkdaşlıq Qərbi narahat etməyə bilməz. Çünki Türkiyə NATO-nun vacib oyunçusudur. Ancaq Ankaranın Moskvayla yaxınlaşmasını şərtləndirən nədənlər var. Birincisi, Türkiyəni Avropa Birliyinə buraxmırlar, ikincisi, zamanında Ankara "sovet təhlükəsi" səbəbindən NATO-ya üzv olub. Ancaq indi SSRİ və Varşava bloku yoxdur: "Üçüncüsü, Türkiyə üçün hazırda təhlükə gözlənilməyən bir yerdən gəlir. Bunun üçün ABŞ-a təşəkkür etmək lazımdır. Amerikanın işğalından sonra İraqın mərkəzi hakimiyyəti ölkə ərazisinə nəzarəti itirib. Hazırda Ankara ehtiyatlanır ki, amerikalıların hərəkətləri ölkə daxilində kürd separatizmini alovlandırsın. Son zamanlar Ankara və Vaşinqton arasında fikir ayrılığı o həddə çatıb ki, Türkiyə Cənubi Osetiyadakı müharibə zamanı ABŞ-ın hərbi gəmilərini Qara dənizə buraxmadı". Rus mətbuatı yazır ki, Türkiyəylə Rusiyanın yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə imkan yarada bilər. Abdula Gülün Rusiyanın Qarabağ münaqişəsinin mümkün həllindəki rolunu xüsusi vurğulaması da bu aspektdən qabardılır: "Türkiyənin siyasi rəhbərliyi ehtiyat edir ki, bu "dondurulmuş" konflikt də "Cənubi Osetiya ssenarisi" ilə hərəkətə gələ bilər. Ankara Bakının müttəfiqidir və ona görə də Azərbaycanın maraqlarını önə sürür". Ancaq Türkiyənin Rusiyayla yaxınlaşmasının Qarabağ probleminin həllinə xidmət göstərəcəyi ehtimalı azdır. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin fikrincə, Abdulla Gülün Rusiyaya səfəri Qarabağ probleminin həllinə təsir göstərməyəcək". Onun sözlərinə görə, Azərbaycanın maraqlarının müdafiəsi baxımından son illər Türkiyə daha prinsipial mövqe tuta bilərdi: "Ancaq təəssüf ki, Türkiyə hökuməti bunu etməyib. Regionun nüfuzlu ölkəsi kimi onun mövqeyi daha çox Rusiyanın maraqlarına cavab verir. Öz növbəsində, Rusiya Türkiyəyə lazımdır. Ankara Azərbaycanın maraqlarını müdafiə etmək istəyirsə, bunu öz hərəkətləriylə sübut etməlidir. Etiraf etmək lazımdır ki, Türkiyənin regiondakı rolu sıfıra enib. Amma Ankara prinsipial mövqedən çıxış etsə, Rusiya bu ölkəylə hesablaşmaq məcburiyyətində qalar. Amma Türkiyənin hazırkı siyasəti Dağlıq Qarabağ probleminin həllinə xidmət etmir. Əgər Türkiyənn bəyanatının arxasında real hərəkət dayanmırsa, elə bir əhəmiyyət daşımır. Mənim fikrimcə, Abdulla Gülün Rusiyaya səfəri adi rəsmi səfərdir və Dağlıq Qarabağ probleminin həlliylə heç bir əlaqəsi yoxdur".
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi