SON XƏBƏRLƏR

İSRAİLİN ORDU KOMANDANI TÜRKİYƏYƏ OD PÜSKÜRDÜ

2021.10.20, 07:36
İSRAİLİN ORDU KOMANDANI TÜRKİYƏYƏ OD PÜSKÜRDÜ

Gunaz.tv
İSRAİLİN ORDU KOMANDANI TÜRKİYƏYƏ OD PÜSKÜRDÜ article_1234606896.gif "Ərdoğan, gedib aynaya baxsın" "İsraili Fələstin torpaqlarını işğal etməklə günahlandıran Türkiyə, Kiprin şimalını on illərdir işğalda saxlayır" Davosdakı Qəzzə müzakirələri çərçivəsində İsrail rəhbəri Şimon Peresin çıxışına sərt reaksiya verərək, iclası tərk edən Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın ünvanına çox ağır ittihamlar səsləndirən İsrail Quru Qoşunları Komandanı general Avi Mizrahi, "Ərdoğan, aynaya baxsın" dedi. Mizrahi, Türkiyəyə yönəlik ittihamları səsləndirmək üçün, İsraildə düzənlənən "hərbi psixologiya" mövzulu beynəlxalq konfransı seçməsi də seçməsi də diqqət çəkdi. QayNar.info-nun İsrailin "Haaretz" qəzetinə istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən Mizrahi, Ərdoğanın Peresə dediyi "Siz öldürməyi çox yaxşı bilirsiniz" ifadəsini xatırladaraq, "Ərdoğan, gedib aynaya baxsın" cavabını verdi. İsrailli ordu generalı, Türkiyənin illər əvvəl ermənilərə qarşı dünyanın ən böyük qırğınlarından birini törətdiyini, eyni siyasətin bu gün də kürdlər üzərində davam etdirildiyini iddia etdi. Mizrahi, İsraili Fələstin torpaqlarını işğal etməklə günahlandıran Ərdoğanın ölkəsinin, Kiprin şimalını on illərdir işğalda saxladığını iddia etdi. General Mizrahi, baş nazir Ərdoğanın İsrailin BMT-dən çıxarılması çağırışını xatırladaraq, "Belə bir vəziyyətdə, Türkiyə də İsrailin ardınca çıxarılmalıdır" - deyə bildirib. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar