SON XƏBƏRLƏR

Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə gətirən şəxslər həbs olunub

2021.10.20, 07:36
Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə gətirən şəxslər həbs olunub

Gunaz.tv
Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə gətirən şəxslər həbs olunub qandalqoldab.jpg Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb, 50 kiloqramdan artıq narkotik vasitə olan həşiş aşkar olunaraq götürülüb. Bu barədə APA-ya MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Məlumata görə, bu il fevralın 9-da Astara rayon sakinləri – Xosrov Nüsrətov, Elməddin Həmdəmov və Heydər Mədətov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin İran vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi narkotiki Elməddin Həmdəmov ondan alaraq Astara rayonunun Kicəbə kəndinə gətirib burada Xosrov Nüsrətova təhvil verib. Xosrov Nüsrətov həmin narkotikləri Kicəbə kənd sakini Heydər Mədətovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşında Masallı rayonuna apararkən onlar Lənkəran şəhərində MTN əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı avtomaşından 50 kiloqram 171.9 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı başlanılan cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar