SON XƏBƏRLƏR

Yəhudilər ermənilərin təxribatına uymaz

2021.10.20, 07:36
Yəhudilər ermənilərin təxribatına uymaz

Gunaz.tv
"Yəhudilər ermənilərin təxribatına uymaz" Ruslan Sadıqov: "Azərbaycan-İsrail münasibətlərinə hər hansı üçüncü bir pozucu qüvvənin müdaxiləsi təsir göstərə bilməz" "Ermənilər növbəti dəfə öz hiyləgər niyyətlərini gerçəkləşdirməyə çalışaraq, bu dəfə azərbaycanlı və yəhudilərin dostluğuna xələl gətirməyə cəhd göstərirlər". Bu fikirləri ermənilərin Sumqayıtda yəhudilərə qarşı zorakılıq hallarına yol verildiyi barədə yaydıqları məlumatlara münasibət bildirən Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin sədri Ruslan Sadıqov deyib. Ruslan Sadıqov hesab edir ki, nə İsrail xalqı, nə də Azərbaycanla çox yaxşı münasibətləri olan nüfuzlu yəhudi diaspora təşkilatları bu cür qeyri-ciddi, əsassız məlumatlara heç vaxt inanmazlar. "Bu təşkilatlar ölkəmizdə yaşayan yəhudilərin vəziyyəti ilə bağlı ermənilərin dediyinə yox, bizlərə inanırlar. Ona görə də yəhudi dostlarımıza bu məlumatın yalan olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur və ola da bilməz. Bütün dünya çox gözəl bilir və görür ki, Azərbaycan xalqı yüksək tolerantlıq mədəniyyətinə malik bir xalqdır". R.Sadıqov bildirib ki, azərbaycanlı və yəhudi xalqlarının dostluq və qardaşlığına, eləcə də Azərbaycan-İsrail münasibətlərinə hər hansı üçüncü bir pozucu qüvvənin müdaxiləsi təsir göstərə bilməz. "Mən bu hadisəni informasiya müharibəsində ermənilərin növbəti uğursuz hücum cəhdi kimi qiymətləndirirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar