SON XƏBƏRLƏR

ABŞ Konqresi 787 milyard dollarlıq «xilas planı»nı dəstəkləyib

2021.10.20, 07:36
ABŞ Konqresi 787 milyard dollarlıq «xilas planı»nı dəstəkləyib

Gunaz.tv
ABŞ Konqresi 787 milyard dollarlıq «xilas planı»nı dəstəkləyib senat-plan.jpg Bir neçə saatdan sonra planın Senatda da səsverməyə çıxarılacağı gözlənilir ABŞ Konqresinin Nümayəndələr Palatası milli iqtisadiyyatın stimullaşdırılmasına xidmət edən 787 milyard dollarlıq planı təsdiqləyib. Sənədi 246 nəfər dəstəkləyib, 183 konqresmen isə əleyhinə səs verib. Bir neçə saatdan sonra planın Senatda da səsverməyə çıxarılacağı gözlənilir. Adıçəkilən planın hazırlanmasına səbəb, Konqresin iki palatası tərəfindən qəbul edilmiş böhran əleyhinə proqramlar arasındakı ziddiyyətlər olub. Belə ki, fevralın 10-da Senatda milli iqtisadiyyatın stimullaşdırılması üçün 838 milyard dollar həcmində proqramma səs vermişdi. Bundan əvvəl isə Nümayəndələr Palatası iqtisadiyyat üçün 819 milyard dollarlıq yardlımı nəzərdə tutan qanun layihəsini bəyənmişdi. ABŞ prezidenti Barak Obama Konqresi dəfələrlə böhran əleyhinə planın qəbulunu uzatmamağa çağırıb və xəbərdarlıq edib ki, bu ləncimələr ölkə üçün fəlakətə səbəb ola bilər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar