SON XƏBƏRLƏR

Bəxtiyar Vahabzadə ilə vida mərasimi başlayıb

2021.10.20, 07:36
Bəxtiyar Vahabzadə ilə vida mərasimi başlayıb

Gunaz.tv
Bəxtiyar Vahabzadə ilə vida mərasimi başlayıb bextiyar-vahabzade-portret.jpg Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə vida mərasimi başlayıb. Mərasim Bakı Dövlət Universitetində keçirilir. APA-nın vida mərasimini izləyən əməkdaşının sözlərinə görə, mərasimə hökumət və dövlət rəsmiləri, ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri qatılıblar. Bakı Universitetinin qarşısında yüzlərlə insan toplaşıb. Xalq şairi ilə vida mərasimi saat 15.00-də başa çatacaq. B. Vahabzadə Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, B. Vahabzadə uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar