SON XƏBƏRLƏR

“Ergenekon” işində daha 3 nəfər azadlığa çıxdı

2021.10.20, 07:36
“Ergenekon” işində daha 3 nəfər azadlığa çıxdı

Gunaz.tv
“Ergenekon” işində daha 3 nəfər azadlığa çıxdı ergenekoncular.jpg Məhkəmə onların ölkədən çıxmasını qadağan edib Türkiyədə “Ergenekon” əməliyyatı zamanı tutulmuş təqsirləndirilən şəxslərdən 3 nəfər azadlığa buraxılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, azad olunanlar Sami Hoştan, Sərhan Bolluk və Abdülmuttalip Tonçerdir. İstanbulun 13-cü Ağır Cəza Məhkəməsindəki proses zamanı məhkəmə heyəti, ittiham olunduqları maddələrin dəyişdirilməsi ehtimalını və həbsdə saxlandıqları müddəti nəzərə alaraq, adı çəkilən şəxsləri azad etməyə qərar verib. Ancaq məhkəmə onların ölkədən çıxmasına qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar