SON XƏBƏRLƏR

Türkiyə Azərbaycanda erməni dili müəllimi axtarır

2021.10.20, 07:36
Türkiyə Azərbaycanda erməni dili müəllimi axtarır

Gunaz.tv
Türkiyə Azərbaycanda erməni dili müəllimi axtarır nevshehir-universiteti.jpg Universitet rektoru: “Ən azı 3 nəfər belə müəllim tapmağımız lazımdır” Türkiyənin Yüksək Öyrətim Qurumundan (YÖQ) erməni dili və ədəbiyyatı fənninin tədrisi üçün zəruri razılıq alan Nevşehir Universiteti erməni dilini bilən müəllim tapa bilmədiyindən bu fənnin tədrisinə başlaya bilməyib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fənnin tədrisinə başlamaq üçün erməni dilini bilən müəllimlər tapmaq məcburiyyətində olduğunu deyən universitetin rektoru professor Kılıç Türk Dili və Tarix Qurumuna müraciət etdiklərini də bildirib. “Türkiyədə tapa bilmədiyimiz müəllimləri Azərbaycanda axtarırıq. Bizdə ermənicə mətnləri çevirən yoxdur. Ən azı 3 nəfər belə müəllim tapmağımız lazımdır ki, bu ixtisas üzrə tələbə qəbul edə bilək” – deyə, rektor bildirib. O, erməni dili və ədəbiyyatı fənni üzrə müəllimin tezliklə tapılacağına ümid etdiyini vurğulayıb: “Bununla da bir çox tarixi və ədəbi sənədləri oxuya biləcəyik”. Pərvin ABBASOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar