SON XƏBƏRLƏR

Sübutdur, dəlildir ağlın qibləsi, Dəyişə bilərsən adımı ancaq. Canım çıxanadək qəlbimin səsi, «Türkəm» - gerçəyini pıçıldayacaq. (Bəxtiyar Vahabzadə)

2021.10.20, 07:36
Sübutdur, dəlildir ağlın qibləsi, Dəyişə bilərsən adımı ancaq. Canım çıxanadək qəlbimin səsi, «Türkəm» - gerçəyini pıçıldayacaq. (Bəxtiyar Vahabzadə)

Gunaz.tv
Türk Millətinin Böyük Oğlunu itirdik 1234591323_baxtiyar.jpg Bu millət heç zaman Səni unutmayacaq Bəxtiyar Vahabzadə Ölüm onu bizdən aldı, apardı. Amma yalnız cismini apardı. Ruhu bizimlədir, sonsuza qədər də bizimlə olacaq. 1995-ildə Azərbaycanda Türk Dilinin adının dəyişdirilməsinə etiraz olaraq yazdığı şeiri bu gün bizim üçün bir şüardır, təskinlik mənbəyidir. Oxuyun siz də təskinlik tapın. Ruhu şad olsun! Sən bizi aldatdın illərdən bəri, Mən çərxi-fələkdən dərs götürmüşəm. Özgə anasından süd əmənləri, Özgə qulluğunda duran görmüşəm. Bəsdir dözdüyümüz ölümdən betər, Köhnə bazardakı o köhnə nırxa. Milləti yüz yerə caladın, yetər, Yüz arxın suyunu qatma bir arxa. Əslimi, nəslimi tanıyıram mən, Qarışıq deyiləm, özümdən hürkəm. Sən kimsən, sən nəsən özün bilərsən, Mən ilk qaynağımdan türk oğlu türkəm! Sübutdur, dəlildir ağlın qibləsi, Dəyişə bilərsən adımı ancaq. Canım çıxanadək qəlbimin səsi, «Türkəm» - gerçəyini pıçıldayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar