SON XƏBƏRLƏR

Rusiya və Ermənistan vahid HHM sistemi yaradacaqlar

2021.10.20, 07:36
Rusiya və Ermənistan vahid HHM sistemi yaradacaqlar

Gunaz.tv
Rusiya və Ermənistan vahid HHM sistemi yaradacaqlar hava-hucumundan-mudafie-sistemi.jpg Moskva KTMT çərçivəsində birləşmiş müdafiə sistemi yaratmağa çalışır Rusiya və Ermənistan vahid Hava Hücumundan Müdafiə sistemi yaradacaqlar. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə fevralın 13-də Moskvada keçirdiyi mətbuat konfransı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Borduja bildirib. Qeyd edək ki, bundan əvvəl Rusiya və Belarus arasında vahid HHM sistemi yaradılıb. KTMT rəhbərliyi indi də Rusiya və Ermənistan arasında belə bir sistemin yaradılmasına hazırlaşır. Bordyujanın sözlərinə görə, hazırda Mərkəzi Asiya regionunda da birləşmiş HHM sistemi yaradılması üzərində normativ sənədlər hazırlanır: “Bu sənəd hazırda nəzərdən keçirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar