SON XƏBƏRLƏR

Bakıdan ayrılmağına dözməyən qadın intihara cəhd etdi

2021.10.20, 07:36
Bakıdan ayrılmağına dözməyən qadın intihara cəhd etdi

Gunaz.tv
Bakıdan ayrılmağına dözməyən qadın intihara cəhd etdi intihar-demiryolda-qatar.jpg Dəfələrlə köhnə mənzilini “axtaran” bədbəxt qadın özünü qatarın altına atıb Vaxtilə Bakıdan Rusiyanın Kaluqa vilayətinə köçən qadın doğma şəhəri ilə ayrılığa dözməyərək intihara cəhd edib. Lent.az-ın “kp40.ru” saytına istinadən verdiyi məlumata görə, qadın özünü qatarın altına ataraq öldürmək istəyib. Faciə fevralın 9-da səhər tezdən “Mavi körpülər” adlanan ərazidə baş verib. Yaşlı qadın uzun müddət relslərin yanında dayanaraq qatar gözləyib. Qatar yaxınlaşanda isə özünü onun altına atıb. Maşinist cəld tərpənərək təcili əyləc sistemini işə salaraq qatarı dayandırıb. Yaşlı qadın sağ qalıb. Onu relslərin arasında qalması xilas edib. Buna baxmayaraq, o, çoxsaylı ağır xəsarətlər alıb – beyin sümüyü sınan qadının ayağı da kəsilib. Bədbəxt qadını dərhal xəstəxanaya aparıblar və onun üzərində bir neçə çətin cərrahiyyə əməliyyatı keçirilib. Özünə gələndən sonra o, ancaq adını və atasının adını söyləyə bilib. Qadın şok vəziyyətində olduğundan nə yaşadığı ünvanı, nə də soyadını xatırlamayıb. Buna baxmayaraq, Nəqliyyat Prokurorluğunun əməkdaşları onun ünvanını müəyyən ediblər. Məlum olub ki, o, hadisə yerindən bir qədər aralıda övladları ilə yaşayır. Onların ailəsi vaxtilə Kaluqaya Azərbaycandan köçüb. Lakin qadın hələ də bununla barışa bilməyib. Onun bir neçə dəfə evdən çıxaraq Bakıdakı mənzilini “axtardığı” bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar