SON XƏBƏRLƏR

ABŞ-DA TÜRK LOBBİSİNİ TƏMSİL EDƏN 53 TƏŞKİLAT OBAMAYA MƏKTUB ÜNVANLAYIB

2021.10.20, 07:36
ABŞ-DA TÜRK LOBBİSİNİ TƏMSİL EDƏN 53 TƏŞKİLAT OBAMAYA MƏKTUB ÜNVANLAYIB

Gunaz.tv
ABŞ-DA TÜRK LOBBİSİNİ TƏMSİL EDƏN 53 TƏŞKİLAT OBAMAYA MƏKTUB ÜNVANLAYIB barak_obama_4.jpg ABŞ-da türk lobbisini təmsil edən 53 təşkilat qondarma erməni soyqırımı iddialarının qəbulu ilə bağlı təzyiqlərin qarşısını almaq istiqamətində çalışır. Bununla əlaqədar onların prezident Barak Obamaya göndərdikləri məktubda bildirilir ki, qondarma erməni soyqırımının tanınması Birləşmiş Ştatların dünyadakı nüfuzuna kölgə sala bilər. Türk lobbisinin Ağ Ev sahibinə ünvanlanan müraciətində xüsusilə vurğulanır ki, qondarma soyqırımın qəbulu bu məsələ ilə məşğul olan mütəxəssislərin və tarixçilərin müstəqil araşdırmalarına və onların gəldiyi obyektiv nəticəyə məhəl qoymamaq kimi dəyərləndirilə bilər. Bu isə öz növbəsində böyük ədalətsizlik hesab olunar. Müraciətdə həmçinin bildirilir ki, sözügedən məsələ reallaşarsa, bu Cənub-Şərqi Avropa, Qafqaz ölkələri və Yaxın Şərqdə də mənfi nəticələrə gətirib çıxarar. Məktub müəllifləri tarixən erməni qurplaşmalarının türklərə qarşı etnik təmizləmə siyasəti yeritdiyini və buna hələ də dünya ölkələri tərəfindən rəsmi münasibət bildirilmədiyini də vurğulayır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar