SON XƏBƏRLƏR

Yolundayıq Elçibəy . Ramiz RÖVŞƏN

2021.10.20, 07:36
Yolundayıq Elçibəy . Ramiz RÖVŞƏN

Gunaz.tv
Yolundayıq Elçibəy Ramiz RÖVŞƏN 1233258616_elci.jpg E L Ç İ B Ə Y Sənə bir daş atar yerindən duran, Səni sevdiklərin daş-qalaq eylər. Bir əlində daş var, birində Quran, Daş atan bilirmi nə günah eylər ?! Silərsən gözündən axan yaşları, Öpüb-əzizlərsən sən o daşları. Deyərsən: “Sağ olun, Qan qardaşlarım, Məni təzə daşa kim qonaq eylər ?!” Hər daş özü boyda köz olub yanar, Cana damğa kimi basılıb yanar, Qanlı yaraların qızarıb yanar, Səni başdan-başa çılçıraq eylər. Bircə tilsimin var , sevgi tilsimi, Kim qırar Tanrıya bağlı bir simi ?! Tanrı Tanrıdırsa öz Elçisini , Min bir daş altında yenə sağ eylər. Sən dözərsən ağrısına, Daş dözməz,daş haray eylər. O daşlardan Tanrı sənə Bir ev tikər, saray eylər. (Musiqisi: Cavanşir Quliyev) 1993, Oktyabr

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar