SON XƏBƏRLƏR

TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ ERMƏNİSTANDAN YAYILAN XƏBƏRƏ REAKSİYA VERSƏ DƏ, ŞƏRH VERMƏDİ

2021.10.20, 07:36
TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ ERMƏNİSTANDAN YAYILAN XƏBƏRƏ REAKSİYA VERSƏ DƏ, ŞƏRH VERMƏDİ

Gunaz.tv
TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ ERMƏNİSTANDAN YAYILAN XƏBƏRƏ REAKSİYA VERSƏ DƏ, ŞƏRH VERMƏDİ Türkiyə Xarici İşlər Nazirliyi rəsmi Ankaranın Ermənistanla danışıqlarda Qarabağ şərtindən vaz keçdiyi iddialarına - «Azadlıq» radiosu Ermənistan bürosunun dünən yaydığı xəbərə münasibət açıqlayıb. «Media forum» xəbər verir ki, nazirliyin sözçüsü Burak Özügərgin mediada Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı zaman-zaman yer alan xəbərləri Türkiyənin şərh etməsini doğru saymadığını bildirib. Nazirlik sözçüsü Türkiyənin Qafqazda sülh və sabitlik yaranmasına çalışdığını deyib: «Türkiyə ilə Ermənistan arasında hədəfi iki ölkənin münasibətlərinin normallaşdırılması olan bir proses yaşanmaqdadır. Azərbaycan və Ermənistan arasında da bir proses gedir. Hər iki proses paralel davam etməkdədir. Bir tərəfdəki müsbət irəliləyişlərin digər tərəfə də müsbət təsir etməsi gözlənilə bilər. Mətbuat orqanlarında zaman-zaman çıxan dedi-qodulara əsaslanan xəbərlər haqqında şərh verməyi doğru saymırıq».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar