SON XƏBƏRLƏR

ASALA türklərdən üzr istəyən erməni professoru ölümlə hədələdi

2021.10.20, 07:36
ASALA türklərdən üzr istəyən erməni professoru ölümlə hədələdi

Gunaz.tv
ASALA türklərdən üzr istəyən erməni professoru ölümlə hədələdi maskalilar.jpg Erməni terror təşkilatı ASALA türk xalqından üzr istəmək istəyən erməni professoru ölümlə təhdid edib. Lent.az-ın məlumatına görə, Avstraliyadakı Macqurie Universitetinin müəllimi və Türk-Erməni Dialoq Qrupunun rəhbəri professor Armen Qakavyanın “Türk xalqından üzr istəyirik” kampaniyasına başlamaq barədə təklifi ASALA tərəfindən narazılıqla qarşılanıb. Nəticədə professor terror təşkilatının qəzəbinə tuş gəlib. Ermənistanın “Azg” qəzetində məlumatına görə, ASALA-ya bağlı “Ararat andı” dərnəyinin yaydığı açıqlamada Türk xalqından üzr istəməyə hazırlaşan Qakavyanın bu addımından vaz keçəcəyi, 1915-ci il hadisələrinin qurbanlarından üzr istəyəcəyi və özünü bu addımı atmağa yönləndirənlərin adlarını açıqlayacağı təqdirdə həyatının bağışlanacağı bildirilib. Qakavyan isə erməni KİV-lərinə göndərdiyi açıqlamada sözlərinin təhrif edildiyini, istər erməni xalqı, istərsə də dostlarının adından heç yerdə üzr istəmədiyini bildirib. Bundan əvvəl isə Türkiyə mətbuatında Qakavyanın erməni terrorçularının ötən əsrin əvvəllərindəki yol verdiyi cinayətlərlə və ASALA-nın törətdiyi əməllərlə əlaqədar Türkiyə xalqından üzr istəmə kampaniyasına başlanacağına hazırlaşdığı xəbərini vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar