SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN MEYDAN OXUDU: «QARABAĞ BİZİM VƏTƏNİMİZDİR. O QİYMƏTSİZDİR»

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN MEYDAN OXUDU: «QARABAĞ BİZİM VƏTƏNİMİZDİR. O QİYMƏTSİZDİR»

Gunaz.tv
SERJ SƏRKİSYAN MEYDAN OXUDU: «QARABAĞ BİZİM VƏTƏNİMİZDİR. O QİYMƏTSİZDİR» sarkesiyan.jpg Ermənistan prezidenti Serj Sərkisyan hakim koalisiyaya daxil olan Çiçəklənən Ermənistan Partiyasının bu gün keçirilən qurultayında Dağlıq Qarabağ probleminə yönəlik sərt mesajlar verib. Dövlət başçısı Azərbaycanla aparılan sülh danışıqlarında Qarabağ mövzusunda hər hansı alver getdiyini düşünənlərin böyük səhv etdiyini vurğulayıb: «Qarabağ bizim vətənimizdir. O qiymətsizdir və deməli, bu məsələdə alver yersizdir». «Media forum»un məlumatına görə, Ermənistanın Qarabağ probleminin həllində bitkin mövqe sərgilədiyinə diqqət çəkən prezident deyib: «Qarabağ xalqının öz müqəddaratını təyin etmək hüququ var və o bu hüququnu gerçəkləşdirib. Qarabağ Azərbaycanın tərkibində ola bilməz, bununçün nə hüquqi, nə tarixi əsaslar var. Ən başlıcası, buna Qarabağ xalqının istəyi yoxdur».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar