SON XƏBƏRLƏR

DAK rəhbərliyi Dərbəndən gələn qonqalarla görüş keçirdi

2021.10.20, 07:36
DAK rəhbərliyi Dərbəndən gələn qonqalarla görüş keçirdi

Gunaz.tv
DAK rəhbərliyi Dərbəndən gələn qonqalarla görüş keçirdi Dağıstanda yaşayan azərbaycanlılar həmvətənlərinin hüquqlarını qorumaq məqsədi ilə “Ədalət” Ictimai Birliyi yaradıblar. Bu haqda cəmiyyətin qurucularından Rəna Əsgərova, Qurban Abbasov və Sakit Əsgərov DAK fəxrisədri professor Qulamrza Səbri Təbrizi, DAK həmsədri professor Paşa Qəlbinur və bir qrup ziyalı ilə görüş zamanı məlumat veriblər.Rəna Əsgərovanın qurum haqda tədbir iştirakçılarına verdiyi məlumata görə, Dağıstanda yaşayan azərbaycanlıların elə problemləri var ki, onlarin həll edilməsi üçün Azərbaycan hökumətinin və bir sıra qurumların dəstəyinə ehtiyac var: “Dərbənd qədim Azərbaycan şəhəri olsa da, orada yaşayan həmvətənlərimizin, doğma dilində təhsil alması çətinləşib. Dilimiz məqsədli şəkildə sıxışdırılır. Ana dilində ədəbiyyat qıtlığı açıqca göz qabaçındadır. Həmvətənlərimiz az qala milli adət-ənənələrini unudublar. Məktəblərdə Azərbaycan dilində dərsliklər çatışmır. Mədəniyyətimizi qoruyub saxlayan yeganə teatr binamiz uçub dağlır, təmirə isə vəsait ayırılmır. Bizim cəmiyyəti yaratmaqda məqsədimiz Dərbənddə yaşayan həmvətənlərimizi “Ədalət”in ətrafında birləşdirib, milli-mənəvi adət-ənənənlərimizi qorumaq, onlara dəstək durmaqdır”. O bildirib ki, sözügedən qurumun ədliyyə orqanlarında qeydiyyata alınması üşün 4 il müxtəlif rəsmi orqanların bürokratlığı ilə mübarizə aparmalı olublar. “Rəsmi orqanlar sənəndlərdə “Azərbaycan” sözünü görən kimi müxtəlif bəhənələr gətirərərk, qeydiyyata alınmamıza əngəl yaradırdılar. Lakin biz ruhdan düşmədik. Bir ay bundan əvvəl cəmiyyətin qeydiyyata alınmasına nail olduq. Indi bizim Azərbaycanda yaşayan hər bir ziyalının, dövlət qurumlarının, eləcə də, sıravi vətandaşların köməyinə ehtiyacımız var”. Tədbirdə iştirak edən DAK İdarə heyətinin üzvləri, Vaqif Sultanlı, Əmir Pəhləvan, Eliza İsmayılova, DAK Ağsaqqallar Şurasınını sədri Babaxan Muradov professor Paşa Qəlbinur Dərbəndli həmvətənlərimizi dinləyib, cəmiyyətə mənəvi dəstək göstəriblər. DAK həmsədri Q.S. Təbrizi bilirib ki, qarşı tərəfin problemləri ilə yaxindan tanış olmaq üçün yaxın günlərdə DAK həmsədrlərinin rəhbərliyi ilə bir qrup ziyalının yenidən Dərbəndə səfəri nəzəzrdə tutulur və Azərbaycan dilində təhsil alan məktəblilərə dərs vəsaitləri aparılacaq.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar