SON XƏBƏRLƏR

IRAN BƏHAİ LİDERLƏRİN İSRAİLƏ CASUSLUQDA GÜNAHLANDIRILDIĞI AÇIQLANDI

2021.10.20, 07:36
IRAN BƏHAİ LİDERLƏRİN İSRAİLƏ CASUSLUQDA GÜNAHLANDIRILDIĞI AÇIQLANDI

Gunaz.tv
IRAN BƏHAİ LİDERLƏRİN İSRAİLƏ CASUSLUQDA GÜNAHLANDIRILDIĞI AÇIQLANDI İranbəhailəri.jpg Tehran Prokurorluğu təhlükəsizlik bölməsinin rəis müavini Həsən Həddad jurnalistlərə açıqlamasında həbsdə saxlanan İran bəhai icması rəhbərlərinin İsrailə casusluqda günahlandırıldığını bildirib. 2008-ci il mayın 14-də bəhai icmasının 6 rəhbəri həbs edilib. «İran Milli Məhfeli» adıyla fəaliyyət göstərən qurumun daha bir rəhbəri bu hadisədən üç ay əvvəl tutulmuşdu. «Media forum» saytının məlumatına görə, Həsən Həddad tutulanların «qanunsuz bəhaiyyət təşkilatında» fəaliyyət göstərdiyini deyib: «Qanunsuz bəhaiyyət təşkilatında fəaliyyət göstərən bu 7 nəfər - Fəriba Kamal Abadi, Cəmaləddin Xancani, Əfif Nəimi, Səid Rzai, Behruz Təvəkküli, Vəhid Tizfəhm, Məhvəş Sabiti İsrailə casusluqda, müqəddəsləri təhqir etmək və dövlət quruluşuna qarşı təbliğatda günahlandırılır». Beynəlxaq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar